Çinin ən çox satılan elektromobili istehsal edən Wuling şirkəti yeni modelini təqdim edib. Bu, daxili bazarda Clear Sky (晴空), yəni "Açıq Səma" adlanan, lakin xarici bazarlarda Air EV adı ilə satılan şəhər avtomobilidir. Bu barədə məlumatı Car News China nəşri verib. Elektromobil İndoneziyada iki və dörd yerlik versiyalarda istehsal olunur. Çindən sonra Wuling Air EV modeli Misir və Hindistana, daha sonra isə digər bazarlara ixrac ediləcəkdir.
Wuling Air EV öndə bağlı paneli, ön və arxada tərəfdə monooptikası olan olan bucaqlı kuzovu alıb. Pəncərə sütunları asma dam effektini yaratmaq üçün qara rəngə boyanırlar. Digər maraqlı bir həll - kuzovun demək olar ki, bütün yan tərəfi boyunca uzanan qapılardakı şaquli tutacaqlardır. Eksteryer üçün təklif olunan dörd rəngdən birini seçmək mümkündür: ağ, mavi, boz və qəhvəyi.
Ölçü baxımından, Çin elektromobili Smart modellərindən kiçikdir. Bu fərq, xüsusilə uzunluğu üç metrə çatmayan dörd oturacaqlı versiyada özünü daha çox büruzə verir. İki yerlik versiyada bir bamperdən digər bamperə qədər olan məsafə 2599 millimetr, dördyerlik versiyada isə 2974 millimetr təşkil edir. Müqayisə üçün qeyd edək ki, Çində ən çox satılan Wuling Hongguang Mini EV elektromobilinin uzunluğu 2917 millimetrdir.
Salondakı yumşaq parçalarla üzlənmiş ön panelində, cihazlar panelinə və multimedia sisteminə cavabdeh olan iki ekranı birləşdirən tablo var. Onun altında isə, fiziki şayba-açarlaryerləşirlər.
Air EV modeli 39 kilovat (53 at qüvvəsi) gücündə olan elektrik mühərriki ilə hərəkətə gəlir ki, bu da ona 100 km/saata qədər sürət yığmağa imkan verir. Elektrokarın təchiz edilidyi Iitium-dəmir-fosfat batareyasının tutumu və avtomobilin yürüş ehtiyatı açıqlanmayıb.
Yeni hetçbekin istehsalına avqust ayında İndoneziyada başlanılıb və o vaxtdan bəri Wuling dörd min öncədən sifarişi toplamağa müvəffəq olub. Artıq 300-ə yaxın nüsxə İndoneziyadakı müştərilərə çatdırılıb. Qlobal modelə çevriləcək Air EV elektrokarının ildə təxminən 10 min nüsxəlik tirajla istehsal edilməsi planlaşdırılır. O, İndoneziya, Çin, Misir, Hindistan və digər ölkələrdə satılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.