Xiaomi dünyanın ən sürətli elektromobillərindən biri olduğunu iddia etdiyi SU7 Ultra konseptini təqdim edib. O, SU7 seriya sedanına əsaslanır və ümumi sahəsi 15 kvadratmetr olan 24 hissədən ibarət karbonplastikdən kuzova malikdir. Elektrokarın çəkisi 1900 kiloqramdır. Eyni zamanda, onun üçmühərrikli elektrik güc qurğusu və 900 volt gərginliklə işləyən CATL Kirin II batareyası var.
Prototip iki HyperEngine V8s və bir V6s elektrik mühərriki ilə təchiz edilib. V8s mühərrikinin hər biri 578 at qüvvəsi və 635 Nm fırlanma anı, V6s mühərriki isə, 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir. Ümumi hasilat fırlanma anı olmadan göstərilir - 1548 at qüvvəsi.
Batareyanın tutumu da məlum deyil. Yalnız onun 1330 kilovata qədər enerji ötürə biləcəyi və 5,2C cərəyanla doldurmanı dəstəklədiyi bildirilir. SU7 Ultra 100 km/saat həddinə 1,97 saniyəyə, 200 km/saata - 5.96 saniyəyə, 300 km/saata isə, 15.07 saniyəyə toplayır. Maksimal sürət - 350 km/saatın üzərindədir.
AP Racing əyləcləri sayəsində sedan 2,36 g-yə qədər yavaşlama dayanır. 100 km/saat həddindən əyləc məsafəsi 25 metrdən çox deyil. Aerodinamik kuzov dəsti avtomobilə 2145 kiloqrama bərabər yerəbasma qüvvəsi yaratmağa imkan verir - bunun 745 kiloqramı sabit arxa antiqanad tərəfindən təmin edilir.
Bütün bu göstərilənlərin ahəngdar şəkildə işləməsi, oktyabr ayında, Xiaomi şirkətinin qeyri-seriya avtomobilləri üçün Nürburqrinq rekordunu qeyda almaq cəhdi zamanı məlum olacaq. Əgər hər şey alınsa,Ultra sedanının əmtəə nüsxəsi 2025-ci ildə əfsanəvi trekə çıxacaq.
Çox güman ki, elektromobil kiçik miqyalı tiraja və çox bahalı qiymətə malik olacaq. Xiaomi şirkətinin baş direktoru Ley Tseyunun dediyinə görə, o belə bir avtomobili almaq imkanına malik deyil, baxmayaraq ki, onun sərvəti 13,8 milyard dollar təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.