Çin mediasında, texnologiya nəhəngi olan Xiaomi konserninin bir ildən artıqdır ki, üzərində çalışdığı ilk avtomobil barədə yeni təfərrüatlar peyda olub. KİV-lərin məlumatına görə, bu avtomobil, lidarlara əsaslanan avtonom idarəetmə sistemi ilə təchiz edilmiş sedan olacaqdır. Sedanın top versiyasının qiyməti təxminən 300 min yuanı (73.5 min manat) keçəcəkdir. Bir sözlə, yeni model Çin bazarında satılan çoxsaylı büdcə elektromobillərindən daha bahalı olacaqdır.
Xiaomi markasının ilk avtomobili üçün lidarları Çinin Hesai Technology şirkəti təmin edəcəkdir. Model sərtgövdəli AT128 hibrid lidarını və kor nöqtələrə nəzarət etmək bir neçə əlavə sərtgövdəli lidarı alacaqdır. Hesai AT128 optik məsafəölçəni 2021-ci ildə buraxılır və artıq Çinin Li Auto şirkəti tərəfindən satın alınır.
Xiaomi rəhbərliyi, məhz lidarların gələcəyin qabaqcıl avtonom sistemlərinin əsasını təşkil edəcəyindən əmindir. Şirkət özünün avtonom idarəetmə sisteminin yaradılmasının birinci mərhələsinə 3,3 milyard yuan (təxminən 500 milyon dollar) sərmayə qoyub və hazırda bu sahə üzərində çalışan bölmədə 500 nəfər işləyir. Mərhələnin sonunda Xiaomi şirkəti 140 pilotsuz aparatın sınaqlarına başlamağı planlaşdırır.
Seriya elektromobilinə gəldikdə isə, ilk Xiaomi avtomobili 2024-cü ildə işıq üzü görməlidir - yəni, onun yaradılmasına ümumilikdə dörd-beş il sərf olunacaqdır. Çin bazarı üçün yüksək qiymətin səbəbi də məhz budur: aşağı qiymət daha zəif təchizat deməkdir ki, bu da, Xiaomi avtomobilini rəqabət üstünlüyündən məhrum edə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.