Xiaomi Auto şirkəti özünün ikinci modelinin - YU7 krossoverinin şəkillərini dərc edib. Onun təqdimatı gələn ilə planlaşdırılıb, lakin yeniliyin ikimühərrikli güc qurğusunu alacağı artıq məlumdur. Krossover SU7 sedanından yalnız kuzovu və artırılmış klirensinə görə fərqlənəcək və təxminən 300-400 min yuana (70 - 93 min manant) başa gələcək.

Ön mühərrikin gücü 299, arxadakının isə, 392 at qüvvəsi olacaq. Xiaomi krossoveri diametri 19-21 düym olan təkər disklərini və ABS ESP Bosch 10.0 blokunu alacaq. Ölçülərə görə YU7 krossoveri sedana kifayət qədər yaxın olacaq, lakin onun maksimal sürəti baxımından ondan geri qalacaq - SU7 sedanındakı 265 km/saata qarşı saatda 253 km/saat.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən yüksək səviyyəli Xiaomi SU7 Ultra sedanının qiyməti və yürüş ehtiyatı da açıqlanıb. 93,7 kilovat/saatlıq batareyaya malik olan elektromobil CLTC dövrü üzrə 630 kilometrə qədər məsafə qət edə biləcək. Nəhayət, gözlənildiyi kimi, avtomobil ucuz olmayacaq – 814,9 min yuan (191,1 min manat).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.