Çində Xiaomi krossoverinin ən əlçatan versiyası sertifikatlaşdırılıb. YU7 modelinin baza modifikasiyası ilə bağlı təfərrüatları Çin Xalq Respublikasının Sənaye Nazirliyinin məlumat bazasına istinad edən “Çin avtomobilləri” portalı paylaşıb. Krossover bir mühərrikli güc aqreqatını alacaq - elektrik mühərrikinin 320 at qüvvəsi hasil edəcəyi bildirilsə də, dartma batareyasının tutumu və yürüş ehtiyatı hələlik açıqlanmayıb.

Əlbəttə ki, belə bir YU7 modeli ümumilikdə 691 at qüvvəsi hasil edən iki elektrik mühərriki ilə hərəkətə gələn tamötürməli versiyadan xeyli ucuz olacaq. Bundan əlavə, baza krossoverinin maksimal sürətinin 240 km/saat olacağı da məlumdurr. Elektrik krossoverinin təchiz edilmiş haldakı çəkisi 2315 ilə 2405 kiloqram arasında dəyişəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.