İkinci Xiaomi avtomobilinin premyerası Şanxay avtosalonunda baş tutmalı idi, lakin avtopilotda gedən Xiaomi SU7 sedanının ölümcül qəzası ətrafında cərəyan edən səs-küylü qalmaqal fonunda şirkət krossoverin debütünü təxirə salmaq qərarına gəlib.

Hazırda ictimaiyyətin Xiaomi elektromobillərinə münasibəti arzuolunan səviyyədə deyil: elan edilmiş xüsusiyyətlər və opsiyalarla reallıq arasındakı uyğunsuzluq səbəbindən Çin sosial şəbəkələrindəki tənqid dalğası artnaqdadır. Buna baxmayaraq, artıq çoxdan gözlənilən yeniliyin debütünü təxirə salmağın mənası yoxdur və Çində şirkətin 15 illik yubileyinə hədiyyə olan Xiaomi YU7 krossoverinin təqdimatı baş tutub. 

Xiaomi YU7 krossoverinin uzunluğu 4999, eni – 1996, hündürlüyü isə, 1608 millimetrdir. Təkər bazasının ölçüsü 3000 millimetr təşkil edir. Təkər diskləri versiyadan asılı olaraq 19, 20 və ya 21 düymlük ölçülərə malikdirlər

Elektrokrossoverin görünüşü artqı uzun müddətdir ki, heç kimə sirr deyil, çünki onun ilk rəsmi şəkilləri ötən ilin sonunda dərc olunub. Amma indi kuzovdakı bütün hava kanallarının demək olar ki, işlək olduğu elan edilib - hətta faraların korpuslarında olanlar da funksionaldırlar. Şirkət sosial şəbəkələrdəki narazılığı nəzərə alaraq bunu xüsusilə vurğulayır.

Hava girişləri avtomobilin sistemlərinin soyudulmasını yaxşılaşdırır və yaxşı axarlılığı təmin edir (Cd əmsalı 0,245). Ön bamperdəki aktiv qapaqlar və arxa tərəfdəki iki spoyler də aerodinamikaya çalışır. 

Öz avtomobillərinin təhlükəsizliyini bir daha vurğulamaq üçün, Xiaomi şirkəti YU7 modelinin kuzovunun güc strukturunu nümayiş etdirib. O, yüksək möhkəmlikli polad və alüminium ərintilərindən hazırlanmış bir konstruksiyadır.

Salondakı məkan 2200 MPa-a qədər axma gücü olan polad qəfəslə qorunur. Dartma batareyası deşilmələrə imkan verməyən xüsusi yüksək möhkəmlikli örtükə malik olan gücləndirilmiş korpusla qorunur. Ümumilikdə 50 passiv təhlükəsizlik testi aparılıb.

Alıcıların narahatlığına səbəb olan digər amil Xiaomi şirkətinin firma avtopilotudur. SU7 sedanından fərqli olaraq, YU7 krossoveri artıq baza versiyasında lidarla təchiz olunur (bu, sedan üçün opsiyadır).

Onunla birlikdə parıltı əleyhinə örtüyü olan kameralar və xüsusi 4D radarı işləyir. Bütün avtopilot sistemi 700 TOPS tutumlu ən son Nvidia Drive AGX Thor çipi ilə idarə olunur. Xüsusi proqram təminatı üçün, səhvləri aradan qaldıran və funksionallığı təkmilləşdirən müntəzəm “hava üzərindən” yeniləmələr vəd edilir.

Xiaomi YU7 krossoverinin interyeri ilk dəfə nümayiş etdirilir və o, SU7 sedanının interyerindən əhəmiyyətli fərqlərə malikdir. Başlıca fərq - adi cihazlar panelini əvəzləyən alın şüşəsinin altındakı eni 1,1 metr olan nazik HyperVision ekranıdır.

O, perspektivli BMW Panoramic iDrive sisteminə bənzəyir və yüksək icazəli üç Mini LED displeydən ibarətdir. Multimedia sisteminin mərkəzi planşeti xüsusi əməliyyat sistemi tərəfindən idarə olunur, onun işləməsinə isə, güclü Snapdragon 8 Gen 3 prosessoru cavabdehdir.

İnteryer tərtibatında təkcə süni dəridən deyil, həm də həqiqi dəridən geniş şəkildə istifadə olunur: zəngin versiyalarda nappa, eləcə də ağacdan hazırlanmış dekorativ örtümələr var. Üç rəng variantı təklif olunur. Hər iki ön oturacaqda ayaq dayağı var və onları yarı uzanıq vəziyyətə gətirmək olar.

Panoram dam, soyudulan qutu və arxa sərnişinlər üçün sensorlu idarəetmə paneli (6,7 düymlük) nəzərdə tutulub. Alçaq siluetə baxmayaraq, Xiaomi YU7 tutumlu baqaja malikdir: arxa cərgənin arxasında 678 litr, onun arxa hissəsinin qatlanması halda isə, bu rəqəm 1758 litrə qədər artır. Daha 71 litr döşəmənin altında, 141 litr isə, ön baqajda var.

Xiaomi YU7 krossoveri sedanla eyni Modena platformasında inşa edilib. O, 800 voltluq elektrik avadanlığına malikdir, güc elektronikasında isə, silisium karbiddən istifadə olunur. Standart YU7 arxa oxda yerləşən bir elektrik mühərriki (320 at qüvvəsi, 528 Nm) və 96,3 kilovat/saatlıq litium-dəmir-fosfat batareyasına malikdir. Boş çəkisi 2315 kiloqram olan belə krossover ilk “yüzlüyə” 5,9 saniyəyə sürətlənə və enerji doldurmadan 835 kilometr qət edə bilər (Çin CLTC dövrünə əsasən).

YU7 Pro versiyası ümumi hasilat 496 at qüvvəsi və 690 Nm olan ikimühərrikli güc qurğusu ilə təmin edilən tam ötürməyə, həmçinin yaylar əvəzinə ikikameralı dayaqları olan pnevmatik asmaya malikdir. Batareyanın tutumu eynidir. Çəkisi 2425 kiloqram olan krossover 100 km/saata 4,3 saniyəyə sürətlənir, onun yürüş ehtiyatı isə, 770 kilometrdir. Hər iki versiyanın maksimal sürəti 240 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çeşidin zirvəsində Xiaomi YU7 Max yerləşir. O, 101,7 kilovat/saatlıq CATL şirkətinin litium-ion NMC batareyasına malikdir, ikimühərrikli güc qurğusu 690 at qüvvəsi və 866 Nm hasil etdirir. Çəkisi 2405 kiloqram olan krossover ilk “yüzlüyü” 3,2 saniyəyə yığır və maksimal 253 km/saata qədər sürətlənir. Top krossoverin mənzili 760 kilometrdir, batareyanı 10-dan 80%-ə qədər doldurulmasına 12 dəqiqə lazımdır. Top versiyanın digər xüsusiyyətlərinə güclü Brembo əyləcləri daxildir.

Xiaomi YU7 krossoverlərinin qiyməti iyul ayına planlaşdırılan satışların başlanması zamanı açıqlanacaq. Krossoverin hazırda Çində 216 – 300 min yuan (30-42 min dollar) arasında qiymətlə satılan sedandan baha olacağı şübhəsizdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.