Çin brendinin model xəttində tezliklə yeni yığcam G7 krossoveri peyda olacaq. O, Xpeng markasının model xəttində G6 və G9 modelləri arasında yer tutacaq. Yeni model bu ilin birinci yarısında satışa çıxarılmalıdır. Hələlik Xpeng yeni krossoverin yalnız şəkillərini dərc edib, bəzi spesifikasiyalar isə, Çin Sənaye Nazirliyi sayəsində məlum olub.

G7 krossoverinin dizaynı tanınandır: ön tərəfdə digər Xpeng modellərində olduğu kimi gündüz hərəkət işıqlarının incə zolağı var,  faraların əsas blokları isə, aşağıda yerləşdirilib. Maili dam spoyler-günəşlik ilə bitir, qapı tutacaqları kuzova “batırılıb”, arxa tərəfdə isə, vahid fənər var. Çin Sənaye və Ticarət Nazirliyinin məlumat bazasında G7 krossoverinin çəkisinin 2085 kiloqram, top versiyanın isə, 2160 kiloqram olacağı gözlənilir.

G7 krossoverinin uzunluğu “böyük” G9 modeli ilə eynidir: bamperdən bamperə qədər krossover 4,89 metrdir. Yeni modelin təkər bazası 10 santimetr qısadır və 2,89 metr təşkil edir. Avtomobilin eni və hündürlüyü müvafiq olaraq 1,93 və 1,66 metrdir.

Güc qurğusu ilə bağlı hələlik məlumat verilməyib. Yalnız bütün versiyaların litium-dəmir-fosfat CALB (China Aviation Lithium Battery) batareyalarını alacağı məlumdur. Güc baxımından, diqqətinizi digər Xpeng avtomobillərinə istinad etmək olar: G9 ümumi gücü 551 at qüvvəsi olan elektrik mühərrikləri ilə təchiz olunub, “kiçik” G6 isə, 487 at qüvvəsinə malikdir. KİV-lərin məlumatına görə, G7 modelinin başlanğıc qiyməti 200 min yuan (46 min manat) səviyyəsində müəyyən ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.