Xpeng davamlı olaraq elektromobil çeşidini genişləndirir və indi Çin markasının özünün üçüncü krossoverini təqdim edib. Yeni Xpeng G7 model xəttində G6 və G9 krossoverlərinin arasında yerləşir və onun əsas bazar hədəfi yenilənmiş Tesla Model Y krossoveridir.

G7 modeli gözlənildiyi kimi, kiçik G6 və Tesla krossoverindən daha böyükdür: krossoverin uzunluğu 4892, eni - 1925, hündürlüyü isə, 1655 millimetrdir. Bununla belə, G7 və G6 modellərinin təkər bazası eynidir: 2890 millimetr.

Əgər "altılıq" maili damlı kupeyəbənzər kuzova malikdirsə, "yeddilik" daha ənənəvi nisbətlərə malik olan  başqa üslubda hazırlanıb. Firma xüsusiyyətlərindən bəndi olan ikimərtəbəli faralar və “batırılmış” qapı tutacaqları daxildir. 20-düymlük təkər diskləri quraşdırılıb, palitraya altı kuzov rəngi daxildir.

Salonda ənənəvi cihazlar paneli yoxdur. Onu Huawei şirkəti ilə birgə hazırlanmış və görüntünü ön şüşənin bütün səthinə proyeksiya edən Xhud displeyi əvəz etməlidir. Bu sistem qabaqcıl süni intellektə və tamamlanmış reallığa malik olan qabaqcıl qrafikaya sahibdir. 

Ön panelin mərkəzində mediasisteminin 15,6-düymlük planşeti yerləşir. Xpeng şirkətinin öz məhsulu olan Turing AI mikroçipləri quraşdırılıb: o, süni intellektin və avtopilotun işləməsinə cavabdehdir.

Sonuncunun lidarı yoxdur və yalnız on bir kameraya və üç millimetrlik radara əsaslanır. Üç Turing AI çipi sayəsində Xpeng G7 krossoveri elektromobillər arasında ən yüksək hesablama gücünə (2250 tops) malikdir.

İnteryer tərtibatında mikrofiber və dəridən, eləcə də ağac şponundan və cilalanmış metaldan hazırlanmış dekorativ örtmələrdən istifadə olunur. Seçmək üçün dörd rəngdə tərtibat seçimi var. Opsiyalar arasında 50 vatt gücündə üç simsiz şarj cihazını qeyd etmək olar ki, onlardan biri arxa cərgədəki dirsəkaltında yerləşir.

Xpeng G7 həmçinin iyirmi dinamikli audiosistemə və 256 rəngdə kontur işıqlandırmasına malikdir. Arxa sərnişinlər üçün əlavə səkkiz düymlük ekran və 2,17 kvadratmetr sahəsi olan panoram dam nəzərdə tutulub. Baqajın həcmi 819 ilə 2277 litr arasında dəyişir.

Xpeng G7 modelinin baza versiyası 296 at qüvvəli elektrik mühərrikinə və arxa ötürməyə malikdir. Boş çəkisi 2160 kiloqram olan belə krossover 202 km/saata qədər sürətlənə bilər. Tam ötürməli versiya daha sonra debüt edəcək.

Krossover 800 voltluq elektrik sisteminə malik olan platformaya əsaslanır, litium-dəmir-fosfat dartma batareyasının tutumu 80,8 kVt/saat təşkil edir. Pasport üzrə yürüş ehtiyatı CLTC dövrünə əsasən 702 kilometrdir, 5C standartlı sürətli şarj da bəyan edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xpeng G7 elektrik krossoveri bu ilin üçüncü rübündə Çin bazarına çıxacaq. Başlanğıc qiymət artıq açıqlanıb: 236 min yuan (33 min dollar). Xatırladaq ki, Çin bazarında satılan Tesla Model Y krossoverinin qiyməti 264 min yuandan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.