Formula 1 üzrə beşqat dünya çempionu Xuan Manuel Fanxionun Mercedes-Benz 300 SL avtomobilini hərracda satacaqlar. RM Sotheby’s hərrac evi 1958-ci ildə buraxılmış və bir dəfə də olsun bərpa edilməmiş rodsteri bağlı rejimdə satmağı planlaşdırır. Lotun qiyməti açıqlanmayıb, lakin avtomobilin tarixi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, söhbətin on milyon dollardan getdiyini söyləmək olar.

Satışa çıxarılmış Mercedes-Benz 300 SL rodsterinin maraqlı tarixçəsi var. Avtomobil, 1958-ci ildə, alman istehsalçısı tərəfindən yarışlardan çəkiləcəyini bildirən Xuan Manuel Fanxioya hədiyyə edilib. Kuzovun mavi rəngi Argentinanın bayrağını təcəssüm edir.

Argentinalı dünya çempionu avtomobildən fəal şəkildə istifadə edib – rodsterin odometrində 73 minə yaxın yürüş göstəricisi var və bu yürüş yalnız Fanxio tərəfindən həyata keçirilib. Əvvəlcə Fanxio avtomobildən Avropada istifadə edib, sonra isə sportkarı Cənubi Amerikaya gətirib.

Xuan Manuel Fanxio vəfat edən günə qədər avtomobiin sahibi olub. Onun vəfatından sonra Mercedes-Benz 300 SL muzey eksponatına çevrilib. Bərpaçılar rodsterə toxunmayıblar və SL ilkin görünüşündədir. Çızıqlar, sürtülmüş yerlər, köhnəlmiş oturacaqlar və rezin kipləşdiricilər avtomobilə xüsusi gözəllik verirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

RM Sotheby’s hərrac evi unikal eksponatın qiymətini proqnozlaşdırmağa cəsarət etməyib, lakin nadir tapılan 300 SL Gullwing modellərinin bir neçə milyon dollara satıldıqlarını nəzərə alsaq, tarixi rodster 10 milyon dollardan baha olmalıdır. Hərrac 28 fevraldan 4 marta kimi davam edəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.