McLaren Special Operations (MSO) bölməsi ABŞ-da fəaliyyət göstərən dilerlərdən birinin sifarişi ilə, Speedtail superhibridinin Albert adlı xüsusi versiyasını hazırlayıb. Avtomobil vizual olaraq eyni adlı modelin sınaq prototipinə bənzəyir və MSO bölməsinin ən mürəkkəb işlərindən biri hesab olunur - hiperkarı rəngləmək və yığmaq üçün 12 həftə vaxt gərək olub. Bununla belə, Speedtail modelinin tirajı dəyişməyib – model 106 nüsxədə buraxılacaqdır.

Albert Speedtail kupesi, hiperkarın ilk sınaq prototipindən ilham alan McLaren Beverly Hills diler mərkəzi tərəfindən sifariş edilib. Albert adının tarixi tarixi kökləri var: birincisi, McLaren F1 modelinin "qatırı" Albert adlanırdı, ikincisi isə, superkarın yaradıldığı Uokinq şəhərindəki mərkəz Albert Drive küçəsində yerləşir.

Ancaq keçmişə istinadlar bununla bitmir. Xüsusi Speedtail modeli Magnesium Silver və Ueno Grey rənginə boyanıb ki, birinci rəng F1 superkarının ilk nüsxəsində, ikinci rəng isə, 1995-ci ildə “Le Manın 24 saatı” marafonunda qalib gəlmiş F1 GTR bolidində debüt edib.

Albert modelinin kuzovunun naxışı prototipin kamuflyajına bənzəyir - prototipin kuzovuna hava axınının istiqamətini göstərən sxem çap edilmiş iki metrlik örtük vurulmuşdu. Bu dəfə avtomobilin maskalanmasına iki həftə vaxt və iki kilometr uzunluğunda örtük sərf edilib.

Kompozit panellərin boyanması altı həftə çəkib (qoruyucu lakı vurmazdan əvvəl, birləşmələri bərabərləşdirmək üçün avtomobilin üzərinə quraşdırılıblar), son dörd həftə isə qurutmaya və final yığılmaya sərf olunub.Yəni bütün işlərə ümumilikdə 12 həftə vaxt tələb edib.

Superhibridin güc qurğusu dəyişməz olaraq qalıb: hibrid güc qurğusunun tərkibinə 757 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və 312 at qüvvəsinin üzərində gücə malik olan elektrik mühərriki daxildir.

Hibrid qurğunun ümumi hasilatı 1050 at qüvvəsi və 1150 Nm fırlanma anıdır. McLaren Speedtail modeli 300 km/saat həddinə 12,8 saniyəyə sürətlənir. Uzunluğu 5137 millimetr və çəkisi cəmi 1430 kiloqram olan kupenin elan edilmiş maksimal sürəti 403 km/saat təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2020-ci ilin payızında ikinci müştəri hiperkarı 3.850.000 dollara satışa çıxarılmışdı.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.