Bu superkar Le Man idman prototiplərinin qanunlarına uyğun olaraq hazırlanıb. O, Zonda 760 RS modelinə əsaslanır, lakin daha dərin araşdırdıqda, qarşıya Zonda F minik versiyası çıxır.

2014-cü ildə buraxılmış Pagani Zonda 760 LM Roadster modeli Dubayda keçirilmiş Sotheby's auksionunun ulduzu olub. Avtomobil yüksək kolleksiya dəyərinə malik olduğu üçün 11 milyon dollara satılıb. İş ondadır ki, dünyada LM versiyasında (Le Mans-dan) olan iki Zonda 760 (ikincisi kupedir) superkarı var və bu layihə Pagani brendinin tarixindəki ən mürəkkəb layihələrindən biri hesab olunur. Superkar üçün 60-dan çox yeni komponent yaradılıb, onun sınaq proqramı isə, altı ay davam edib.

İtalyanlar bu avtomobilə bütün təcrübə və bacarıqlarını sərf ediblər. Layihənin əsasını Mercedes-AMG bölməsinin 760 at qüvvəli (780 Nm) 7,3-litrlik V12 atmosfer mühərriki və yeddi pilləli sekvental ötürmələr qutusuna malik olan Zonda 760 RS modeli təşkil edib.

LM indeksi olan avtomobillər digər 760 superkarlarından, ilk növbədə, işıqlandırma texnikası və aerodinamik kuzov dəsti ilə fərqlənirlər, lakin Huyara modelindən götürülmüş yan ləçək-güzgülər bütün seriyanın ailəvi xüsusiyyətidir. Pasporta əsasən, 760 LM modelinin 60 mil/saata (97 km/saat) sürətlənməsi üç saniyədən az çəkir, maksimal sürət isə, 350 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əslində, bütün 760 seriyası, bu və ya digər şəkildə, beş nüsxədə buraxıldığından kolleksiya avtomobili statusuna malikdir. Onlarla bir cərgədə Zonda Tricolore və Zonda Cinque, eləcə də mexaniki ötürmələr qutusu olan ilk Huayra - Pagani Epitome modeli dayanır.

Sonuncunun 6,0-litrlik V12 mühərriki Utopia modelindən götürülüb: güc aqreqatı 864 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edir. Epitome yeni kuzovla yanaşı, pis yollar üçün yeni super soft rejimi olan elektron idarələnən amortizatorları da alıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.