Bu günlərdə daha bir maraqlı Ferrari F12tdf superkarının fotoşəkilləri internet şəbəkəsində yayılmışdır. Xüsusi sifarişlə hazırlanmış supercar Ferrari F12tdf DSKL adlanır. Avtomobili Ferrari avtomobillrin kolleksiyaçısı olan Devid SK Lee adlı şəxs sifariş etmişdir. Superkar Sarı rəngli kuzova və italyan bayrağını rəgləri olan zolaqlara, həmçinin qrafit rəgli təkər disklərinə malikdir.

Avtomobili salonu da xüsusi olaraq tərtib edilmişdir. Salon ümumilikdə qara dəri ilə örtülsə də, oturacaqlar göy rəngli alkanatara ilə üzlənmiş və italyan bayraşının rənglərində zolaqlarla bəzədilmişdir. Həmçinin avtomobilin salonunda sifarişçinin adı həkk edilmiş lövhəcik də quraşdırılmışdır.

Xüsusi Ferrari F12tdf modelinin üzərində, italyan markasının unikal avtomobillərinin hazırlanmasına cavabdeh olan Tailor-Made bölməsi çalışmışdır. Superkar kuzovun unikal rəng sxeminə, yeni təkər disklərinə və avtomobilin Horasio Paqani tərəfindən sifariş və 1964-cü ilin Ferrari 250 GT Lusso Competizione modelinə həsr edildiyini  bildirən salonda bərkidilmiş lövhəciyə malikdir. 

Tour de France  marafonuna həsr edilmiş Ferrari F12tdf modeli Ferrari F12berlinetta superkarının “qaynar” variantıdır. Ferrari F12tdf modeli 780 at qüvvəsinə malik olan 6,3-litrlik V12 mühərriki və F1 DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. F12tdf modeli 100 km/saat sürətini 2.9 saniyəyə toplayır. Onun maksimal sürəti isə 340 km/saata bərabərdir. Cəmi 799 ədəd F12tdf modeli istehsal ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt