İsveçrənin Micro Mobility Systems şirkəti nəhayət İtaliyanın Turin şəhərindəki zavodda kiçik ölçülü Microlino elektrokarının istehsalına başlayıb. Əfsanəvi Isetta modelindən ilhamlanan avtomobil satışa çıxmaq üzrədir.

Microlino modelinin seriyaya gedəcəyi hələ 2021-ci ildə IAA avtomobil sərisində elan edilmişdi. Lakin qlobal təchizat zəncirindəki problemlər səbəbindən istehsalın başlanması martın ortalarına qədər təxirə salınmalı olub. Üstəlik bu, bir çox vacib komponentlərin əvvəlcədən yığılmasına baxmayaraq baş verib.

Gecikməni istehsal templərinin sürətləndirilmiş artımı ilə kompensasiya etmək nəzərdə tutulur. Urban təchizat səviyyəsinə əlavə olaraq, Dolce və Competizione səviyyələri də nəzərdə tutulub. Bundan başqa, Pioneer Series adı altında 500 avtomobildən ibarət eksklüziv seriyanın buraxıması da planlaşdırılır.

Microlino minikarı Turində yerləşən İtaliyanın Icona Design firmasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elektromobilin buraxılışı, 1978-ci ildən avtomobillərin layihələndirilməsi və istehsalı ilə məşğul olan Cecomp tərəfindən təşkil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu il 3000 elektrokarın buraxılması planlaşdırılır. 2023-cü ildə şirkət artıq 6000 avtomobil istehsal etmək niyyətindədir. Bununla belə, gələcəkdə istehsalın ildə 25 min nüsxəyə qədər artırılması planlaşdırılır. Bu günə qədər Micro Mobility Systems Microlino 16 minə yaxın öncədən sifariş alıb.

İki nəfərlik avtomobilin çəkisi cəmi 400 kiloqramdır və 18 at qüvvəsinə malik olan elektrik mühərriki sayəsində 90 km/saathəddinə qədər sürətlənir. Microlino’nun yürüş ehtiyatı 200 kilometrə çatır. Minikarın qiymətinin 12 min avrodan (21,6 min manat) başlayacağı güman edilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.