Jaguar şirkətinin keçmiş dizayneri Yan Kəllum 2019-cu ildə şirkətdən ayrılaraq, fəaliyyət istiqamətlərindən biri məhdud tirajlı avtomobillərin istehsalı olan Callum Designs firmasını təsis edib. Fəaliyyətə başladıqdan bir ay sonra firma debüt layihəsini - Vanquish 25 by R-Reforged prototipini təqdim etmişdi. Həmin vaxtdan təxminən bir il sonra prototip seriya modelinə çevrilib.

Aston Martin Callum Vanquish 25 by R-Reforged kupesi ilk nəsil Vanquish modelinin yenidən düşünülmüş versiyasıdır. Callun indən bildirildiyinə görə, dəbdədbli kupenin dizayn və konstruksiyasına 350 maddədən ibarət olan dəyişiklik edilib.

Üstəlik, bu yaxşılaşdırılmaların əksəriyyəti avtomobilin hərəkət hissəsi ilə əlaqədardır. Yeni elementlərin effektivliyi Britaniya yollarında, həmçinin Michelin şirkətinin Ladoux poliqonunda sınaqdan keçirilib. Qeyd etmək gərəkdir ki, prototiplər 30 min kilometrdən çox məsafəni qət ediblər.

Köhnə yeni Vanquish kupesi daha sərt oymaqlar və stabilizatorlara, xüsusi tənzimləmələri olan Bilstein amortizatorlarına, 60 millimetr genişləndirilmiş təkər izinə və model üçün xüsusi olaraq hazırlanmış Michelin Pilot Sport şinlərinə sahib olub. Avtomobilin klirensi 10 millimetr azaldılıb.

Kəllamın bildirdiyinə görə, bütün bu dəyişikliklər avtomobilin komandalar həssaslığını artırsa da, iri qrand tureri idarəetmə hissi qorunub-saxlanıbdır. Yəni, Vanquish 25 modeli şəhərdəki 20 dəqiqəlik hərəkətə və Avropada səyahət etmək üçün eyni dərəcədə uyğunlaşdırılıbdır.

İyirmi beş avtomobilinin hər birinin alıcısına sonsuz sayda kuzov rəngləri, səkkiz varinatda interyer tərtibatı və müxtəlif dizayna malik olan 20-düymlük təkər disklərinin üç dəsti təklif edilir. Tərtibat materialları dünyanın ən qədim dəri fabriklərindən biri olan Şotlandiyanın Bridge of Weir şirkətindən alınır.

Bu dəridən həm McLaren GT, həm də Volvo XC90 modelinin top versiyalarında istifadə olunur. Callum Vanquish 25 by R-Reforged, ön panelini Bremont cib saatı bəzəyir, salonun arxa hissəsində Mulberry firmasının çantasını yerləşdirmək olar.

Kupenin kapotunun altında yeni proqram təminatı, karbondan giriş sistemi və paslanmayan poladdan kollektoru olan 5,9-litrlik V12 mühərriki yerləşir. Mühərrik 588 at qüvvəsi hasil edir və üç müxtəlif transmissiya ilə təchiz edilə bilər: mexaniki, bir muftalı 6-pilləli "robot" və hidrotransformatoru olan klassik 6-pilləli avtomatik qutu.

Potensial müştərilər kupeni praktikada sınaqdan keçirə bilərlər. Aston Martin Callum Vanquish 25 by R-Reforged kupelərinin ilk nüsxələrini sentyabr ayında yığılmağa başlayacaqlar. 25 nüsxədən ibarət olan seriyanın avtomobilləri ilin sonuna qədər müştərilərə göndəriləcəkdirlər. Avtomobillərdən hər birinin qiyməti 550.000 funt sterlinqdir.