Uzunluğu 5500 millimetr, təkər bazası isə 3350 millimetr olan sedan ultra-lüks avtomobillər seqmentində mövqelənəcək. Onun əsas rəqibləri arasında Rolls-Royce Ghost, Mercedes-Maybach S-Class və Huawei ilə JAC-ın birgə hazırladığı Maextro S800 göstərilir.
Altior-un tizer görüntülərində damda yerləşdirilmiş lidar sensoru, iri xrom təkər diskləri və arxaya doğru açılan arxa qapılar diqqət çəkir. Modelin ön hissəsinin dizaynında markanın Yangwang U8 krossoveri ilə oxşarlıq var.
Avtomobil Çin bazarında Dingyao, beynəlxalq bazarlarda isə Altior adı ilə satılacaq. Çin mediasının məlumatına görə, sedanın qiyməti təxminən 2 milyon yuan (300 min dollar) təşkil edə bilər. Lakin BYD bu rəqəmi hələlik təsdiqləməyib.
Modelin güc qurğusu və texniki göstəriciləri barədə də rəsmi məlumat açıqlanmayıb. Altior-un hibrid sistemlə təchiz ediləcəyi, yoxsa yeni güc qurğusu alacağı təqdimatdan sonra məlum olacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.










