Yaponlar Yerin peykinə qeyri-adi SORA-Q roverinin göndəriləcəyi yeni Ay missiyasına hazırlaşırlar. Digər aparatlardan fərqli olaraq, yeni rover, Aya endikdən sonra bir topdan yan tərəflərindən yarımkürə formasında təkərləri çıxan ofrouderə çevriləcək əsl transformerdir. SORA-Q roverinin başqa bir xüsusiyyəti onun kiçik ölçüləridir: onun eni səkkiz santimetrə çatır, cəkisi isə 250 qramdır.
SORA-Q Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) və 1980-ci illərin əvvəllərində Hasbro şirkəti ilə birlikdə “Transformerlər” cizgi filmindən olan oyuncaqlar xəttini yaradan TakaraTomy şirkəti tərəfindən hazırlanıb.
AXA agentliyi TakaraTomy şirkətinin işləmlərinin əsl transformer - roverin yaradılması üçün uyğun gəldiyini hesab edib. Yaradıcıların fikrinə görə, yerdəyişən oxu olan yarımkürə - təkərlər SORA-Q roverinə Segway kimi hamar səthlərdə yuvarlanmağa, həmçinin Ayın səthindəki kələ-kötürlüklərə qalxmağa və maneələri dəf etməyə imkan verəcəkdir.
Balans və sabitlik üçün arxada açılan geniş “quyruq” nəzərdə tutulub. SORA-Q Ayın səthinin şəkillərini irəli və arxaya yönəlmiş iki kamerası olan blokdan istifadə edərək çəkəcəkdir.
Rover Ayın araşdırılması üçün Smart Lander for Investigating Moon (SLIM) eniş modulu vasitəsi ilə JAXA missiyasının çərçivəsində Aya göndəriləcəkdir. Əvvəlcə missiyanın Aya 2021-ci ildə göndərilməsi planlaşdırılırdı, lakin missiya 2022-ci ilə təxirə salınıb. SORA-Q ilə birlikdə peykə transformerin kameralarından alınan məlumatları Yerə göndərəcək rabitə qurğusu da göndəriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.