Artıq konseptual avtomobillərdə yan güzgüləri əvəz edən kamera və displeyləri seriya avtomobillərində görmək mümkün olacaqdır. Yaponiyanın nəqliyyat nazirliyi belə sistemlərin seriya avtomobillərində quraşdırılmasına icazə vermişdir. Yeni qaydalar bu ilin 17 iyun tarixindən Yaponiyada qüvvəyə minmişdir.
Bu tarixə qədər bu sayaq sistemlərin quraşdırılmasına yalnız ənənəvi güzgülərin mövcud olması şərti ilə icazə verilirdi. Bundan başqa, Yapon höküməti qaydaların dəyişdirilməsinə BMT-nin bu növ sistemləri təqdir etməməsi səbəbi ilə icazə verməkdən çəkinirdi. Beynəlxalq təşkilat müasir kameraların tam təhlükəsiz görüntünü təmin etmədiyini düşünürdü. 2015-ci ilin noyabr ayında kamera və displeylərdən istifadə edilməsi BMT-nin nəqliyyat vasitələri üzrə qaydalarının razılaşdırılması Ümumdünya Forumu tərəfindən təqdir edilmişdir.
Proqnozlara görə, 2023-cü ilə kimi Yaponiya bazarında olan avtomobillərin 29 faizi (2,3 milyon) salon güzgüsünü əvəz edən displeylərlə, 12 faizi isə yan güzgülər əvəzinə displeylərlə təchiz ediləcəkdir.