Dünyanın bir çox ölkəsində olduğu kimi, Yaponiyada da avtomobil oğurluğu da böyük bir problemə çevrilib. Avtomobil oğrularının əsas hədəfi Toyota Land Cruider ofrouderidir. Maraqlıdır ki, son beş ildə Toyota ofrouderi ən çox qaçırılan avtomobillər siyahısına başçılıq edir və bu onun oğrular arasında nə qədər populyar olduğunun göstəricisidir. Bununla belə, Land Cruiser ən çox diqqəti cəlb etsə də, o müntəzəm olaraq oğruların qaçırdığı yeganə Toyota modeli deyil, çünki bu siyahıda ikici yeri Prius tutur.

Yaponiya Milli Polis Agentliyinin yeni məlumatlarına görə, 2025-ci ilin birinci yarısında qaçırılmış avtomobillərin ilk onluğu demək olar ki, əvvəlki illərdəkinə çox bənzəyir. Qeyd etmək gərəkdir ki, bu onluqdakı ilk doqquz yeri Toyota və Lexus avtomobilləri tutur və bi siyahıdakı yeganə “yad element” 10-cu yeri tutan Suzuki Carry modelidir. Bu, Toyota konserninə daxil olan markaların avtomobillərinincinayətkarlar arasında nə qədər populyar olduğunu göstərir.

Creative Trend” nəşri cinayətkarların Prius modelindən həm də digər avtomobilləri qaçırmaq üçün istifadə etdiklərini bildirib Hibrid model öz səssizliyi ilə seçilir ki, bu da cinayətkarlara gecə saatlarında hədəflədikləri avtomobilə diqqəti cəlb etmədən yaxınlaşmağa imkan verir. Yeri gəlmişkən, səssiz hərəkət hibrid və elektrik modellərə xas olan cəhətdir, lakin Prius modelinin Yaponiyada çox populyar olması onu cinayət törətmək üçün ən effektiv alətə çevirir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.

  Model 2025-ci ilin 1-ci yarısında oğurluqlar 2024-cü ilin 1-ci yarısında oğurluqlar
1 Toyota Land Cruiser 765 590
2 Toyota Prius 289 287
3 Toyota Alphard 191 303
4 Lexus RX 141 80
5 Lexus LX 120 112
6 Toyota Crown seriyası 107 44
7 Toyota Hiace 97 60
8 Lexus LS 55 44
9 Toyota Harrier 50 17
10 Suzuki Carry 43 44