“Yaponiyada İlin Avtomobili” (JCOTY) 1980-ci ildən bəri hər il keçirilən avtomobil müsabiqəsidir. Yaxşıların ən yaxşısı yapon jurnalistlərinin və bazar ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən seçilir. Cari 2022/2023 mövsümündə titul uğrunda mübarizədə demək olar ki, 50 yaxın model iştirak edəcəkdir. Ən vacib şərt – namizədin 2021-ci il noyabrın 1-dən 2022-ci il oktyabrın 31-dək Yaponiya bazarında satışa çıxması və tirajının ən azı 500 nüsxə olmasıdır. Noyabrın sonunda 10 avtomobilin daxil olduğu qısa siyahı dərc olunacaq, dekabrın əvvəlində isə qaliblər elan ediləcəklər.
Məlum məsələdir ki, uzun siyahıya yapon şirkətləri daxil olublar: onların arasında beş Toyota modeli (Corona, Sienta, Noah/Voxy, bZ4X, Razie Hybrid), dörd Nissan modeli (Ariya, X-Trail, Sakura (Mitsubishi eK Cross EV modelinin Nissan loqosunu daşıyan versiyası), Fairlady Z) ), üç Subaru (Solterra, Legacy Outback, WRX S4), iki Lexus (NX, LX), iki Daihatsu (Rocky HEV, Move Canvas), iki Honda (Civic e:HEV/Civic Type R, StepWGN) və bir Mazda (CX -60) modeli var.
Siyahının demək olar ki, yarısını Avropa avtomobilləri təşkil edir. Onların arasında dörd Audi modeli (A8, e-tron S, RS3, SQ2), üç Mercedes-Benz (C-Class All Terrain, EQB və EQS), üç Volkswagen (Golf R/Golf R Variant, Polo, T-Roc R) ) və üç Renault (Arkana, Captur E-Tech Hybrid, Lutecia/Megane E-Tech Hybrid) modeli var.
Həmçinin, iki BMW (2-Series Coupe, iX), iki Citroen (C4 / E-C4, C5X), iki DS (4 və 9) və iki Maserati (Levante GT, MC20) modeli Yaponiyanın ən yaxşı modeli adına iddialıdırlar. Bundan başqa, Volvo (C40 Recharge), Peugeot (308/308 SW), Land Rover (Range Rover), Ferrari (296 GTB) və Fiat (500e/500e Open) markaları bu siyahıda bir modellə təmsil olunurlar. Uzun siyahıda Amerika modelləri də var idi: bunlar Jeep Grand Cherokee L və Tesla Model Y modelləridir. Koreya avtomobilləri yalnız Hyundai Ioniq 5 və Nexo modelləri ilə təmsil olunurlar.
Keçən il Nissan Note hetçbeki Toyota GR86/Subaru BRZ, Toyota Land Cruiser 300, Chevrolet Corvette və digər finalçılarla yarışaraq Yaponiyanın ən yaxşı avtomobil adını qazanmışdı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.