Toyota şirkəti Yaponiya bazarı üçün nəzərdə tutulmuş Camry modelinin yeni nəslini təqdim etmişdir. Bildiyimiz kimi, avtomobilin ABŞ və Asiya bazarlarında satılan sələfi dizayn cəhətdən bir-birindən fərqlənirdi.
Yaponiya bazarı üçün hazırlanmış yeni sedan, demək olar ki, tam dəqiqliyi ilə Amerikada satılan modifikasiyanı təkrarlayır. Zahiri cəhətdən «yapon» sedanı yalnız kuzov dəstində olan bəzi cizgilərlə «amerikan qardaşından» fərqlənir. Bununla belə, Yaponiya bazarında ön bamper yalnız bir variantda təklif ediləcəkdir. Yeni bamper iri barmaqlığa malik olacaqdır ki, bunun da əsasə səbəbi yerli bazarda yalnız hibrid sedanın təklif olunmasıdır. Toyota Camry modelinin əvvəlkio nəsli də Yaponiyada ancaq hibrid modifikasiyada təklif edilirdi.
Yeni avtomobilin salonunda multimedia sisteminin və klimat-kontrolun başqa idarəetmə blokunu görmək mümkündür.
Toyota Camry modelinin Şimali Amerika üçün nəzərdə tutulmuş variantı bu ilin əvvəlində Detroytda təqdim edilmişdir. Yeni Camry TNGA modul platformasını və üç müxtəlif güc aqreqatını əldə etmişdir. Hazırda sedanın mühərrik çeşidinə 2,5-litrlik dörd silindrli güc aqreqatı, 3,5-litrlik V6 mühərriki, həmçinin 2,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid qurğusu daxildir. Benzin mühərrikləri səkkiz pilləli avtomatik ötürmələr qutusu, hibrid sedan isə variatorla təchiz edilir.