Subaru Yaponiya bazarında satılan yenilənmiş Forester krossoverini təqdim edib. Modelin beşinci nəsli bir neçə il bundan əvvəl planlaşdırılan restyalinqdən keçib. Buna görə də, bu dəfəki dəyişikliklər təvazökar xarakter daşıyır və əsasən elektronikaya aiddir.

Eksteryer və interyer dizaynı, habelə mühərrik çeşidi toxunulmaz qalıb. Subaru Forester krossoverinin Yaponiya bazarındakı satış qiyməti 3 069 000 yendən başlayır.

Dəyişikliklər arasında aktiv təhlükəsizlik sistemlərinin yeni tənzimləmələri var. Belə ki, geriyə hərəkət zamanı avtomatik əyləc sistemi təkmilləşdirilib, üstəlik, maneə aşkar edildikdə verilən siqnal daha uzun müddət səslənir.

Yaponiyada satılan Subaru Forester modelinin təchizat səviyyələri standart olaraq qara rəngə boyanmış antenna-üzgəc və top səviyyəli STI Sport versiyasından götürülmüş damda quraşdırılan spoyler ilə çatdırılır.

Image alt Image alt Image alt Image alt Image alt

X-Break və Advance versiyaları baqaj qapısının elektrik ötürməsini alıblar. Bundan əlavə, X-Break versiyasının təchizatına sürücü və ön sərnişinin səkkiz istiqamətdə tənzimlənən elektrikli oturacaqları daxildir.

Subaru Forester modelinin mühərrik çeşidinə 150 at qüvvəli 2,0-litrlik oppozit mühərriki və 177 at qüvvəli 1,8-litrlik “turbodördlük” daxildir. Hər iki mühərrik Lineartronic variatoru və daimi tam ötürmə sistemi ilə birlikdə çalışır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.