Yaponiyalı milyarder Yusaku Maedzava özünün Twitter sosial şəbəkəsindəki səhifəsində maraqlı bir şəkil dərc edib. Bu şəkildə Aston Martin Valkyrie hiperkarının seriya variantının təsvir olunduğu ehtimal edilir. Şəklin Britaniya istehsalçısının texniki mərkəzində Maedzavanın arzusuna uyğun olaraq konfiqurasiya edilməsi zamanı çəkilməsi də ehtimallar arasındadı.
Renderdəki hiperkar bu ilin yayında təqdim edilmiş prototipdən ikiqat splitterinə, şüşəsilənin bərkitmə nöqtəsinə və təkər disklərinin dizaynına görə fərqlənir. Ekrandakı Valkyrie qızılı elementləri olan ağ kuzova malikdir. Bundan öncə Aston Martin şirkəti hiprkarın hibrid güc qurğusu barədə məlumat vermişdir.
Qurğunun əsasını Cosworth şirkəti tərəfindən tərəfindən hazırlanmış və 1146 at qüvvəsi hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki təşkil edəcəkdir. Hiperkarın elektrik komponentlərini Rimac, yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusunu isə Ricardo firması hazırlayacaqdır.
Mənbə: Motor.ru