Yapon avtokomponentlər istehsalçısı olan PIAA şirkəti işıq cihazlarının qızdırılması sisteminin satışlarına başladığını bildirib. Qurğu işıq cihazının üzərinə yapışdırılan şəffaf dairə örtük formasındadır və Selsi üzrə 60 dərəcəyə qədər qızdırılır. İstehsalçı bu qurğunun ilk növbədə LED işıq texnikası üçün nəzərdə tutulduğunu bildirib. Belə fənərlər qar və buz örtüyünü əritmək üçün kifayət qədər qızmırlar.
PIAA şirkətinin yeniliyi haqqında məlumat bir il bundan əvvəl peyda olsa da, yalnız bu qurğu indi sərbəst satışa çıxarılıb və 16 min yenə (240 manat) qiymətləndirilib. Texnologiya bazara çıxmamışdan öncə təkmilləşdirilib: ilkin olaraq örtük 50 dərəcəyə qədər qızırdı, lakin onun temperaturunu 60 dərəcəyə qədər artırıblar. Bundan başqa, qurğunu tez-tez yük avtomobilləri və hibridlərdə rastlanan 24 voltluq sistemə qoşmaq imkanı peyda olub.
Şəffaf halqa ətraf mühitin temperaturunun Selsi üzrə beş dərəcədən aşağı düşdüyü halda avtomatik olaraq qızmağa başlayır. İsidici cihazı alışdırma sistemindən və yaxud dönmə işıqları da daxil olmaqla digər uyğun gələn mənbələrdən qidalandırmaq olar. Hər bir tərəfin enerji istehlakı 5 vatt təşkil edir.
Bənzər qurğuları digər firmalar da təklif edir. Məsələn, Finlandiyasının Canatu firması temeperaturun dəyişməsinə davamlı olan və kiçik isidilmə nöqtələri olan şəffaf örtüyü buraxır. Yapon Denso firması yerli bazarda satılan Toyota modelləri üçün opsiya olan örtüklü isitmə cihazını satır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.