Audi şirkətinin Yaponiya bölməsi Final Fantasy video oyunun yeni seriyasına həsr etdiyi unikal R8 sportkarını təqdim etmişdir. Xüsusi model kosmetik dəyişikliklər dəsti və iri qiymət etiketi ilə fərqlənir. Yaponiyalılar avtomobil üçün nə az, nə çox, 50 milyon yen tələb edirlər ki, bu da 465 min ABŞ dolları edir.

Xatırladaq ki, adi Audi R8 sportkarını əldə etmək üçün 24,5 milyon yen tələb olunur.  Audi R8 Plus modifikasiyasının əsasında yardılmış  Star of Lucis adlı sportkar qara rəngə boyanmış və “güllü” naxışlarla bəzədilmişdir. Bu naxışları aerodinamik kuzov dəstində, güzgülərin gövdəsində və yan hava girişlərində görmək olar. Bundan əlavə avtomobil mürəkkəb formalı təkər diskləri ilə də təchiz edilir. Sportkarın interyeri iki rəngli tərtibata malikdir.

Texniki cəhətdən avtomobil dəyişikliyə məruz qalmamışdır. Sportkar 610 at qüvvəsinə malik olan 5,2-litrlik 10 silindirli mühərriklə hərəkətə gəlir. Quattro tam çəkiş sistemi və yeddi pilləli “robot”la təchiz edilmiş avtomobil 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 330 km/saat təşkil edir. Unikal avtomobilin satışı püşkatma vasitəsi ilə keçiriləcəkdir. Püşkatma 21 noyabrda baş tutacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt