Mazda şirkəti Garage İtalia Customs italyan tüninq atelyesi ilə birlikdə Mazda MX5 Levanto rodsterini təqdim etmişdirlər. Yeganə nüsxədə hazırlanmış rodster sörfinq üçün ideal uyğun olan və Liquriya sahilinin mirvarisi adlanan eyni adlı italyan kommunasına həsr edilmişdir. Rosdterin yaradılması zamanı tərəflər 1966-cı ilin "Sonsuz yay" filmindən ilham almışdırlar.

Bu filmdə iki amerikalı sörfer dünya üzrə ideal dalğa axtarışı məqsədi ilə səyahət edirlər. Avtomobilin kuzovuna sərhədsiz olaraq vurulan iki rəngli boya qatı, günəşin üfüqə endiyi an müşahidə edilən yay gün batmasını xatırlatmalıdır.

Rodsterin interyeri cins parça və mavi alkantara ilə üzlənmiş və narıcncı rəngli sapla tikişlər edilmişdir. Rodster həmçinin 17-düymlük təkər diskləri də əldə etmişdir. Bununla belə, Garage İtalia Customs atelyesi avtomobilin mühərriki haqqında heç bir aşıqlama verməmişdir. Adi Mazda MX-5 rodsteri 131 at qüvvəli 1,5-litrlik və 180 qüvvəli 2,0-litrlik benzin mühərrikləri ilə təchiz edilir.

Xüsusi rodsterin kütləvi təqdimat mərasimi bu gün işinə başlamış Qudvud sürət festivalında baş tutmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt