Çinin Nio avtomobil markası ES8 adını almış yeddi yerli elektrik krossoverini Şanxayda təqdim etmişdir. Krossover xüsusi olaraq Çin bazarı üçün hazırlanmışdır.
Krossoverin kuzovu və şassisi yüngül alüminiumdan hazırlanmışdır. Elektromobil 2+3+2 salon formuluna malikdir.
Nio ES8 modelinin təchizatına rəqəmsal cihazlr paneli, idman sükan çarxı, seçilən qara-ağ salon tərtibatı, multimedia sisteminin iri displeyi daxil edilmişdir. AVtomobilin interyerinin tərtibatında yüksək kefiyyətli materiallardan istifadə edildiyi istehsalçı tərəfindən iddia edilir. Bununla belə çin istehsalçısı avtomobilin texniki hissəsi barədə məlumat verməmişdir. Şirkətdən krossoverin ön və arxa oxda yerləşdirilmiş elektromotorlarla hərəkətə gəldiyi bildirilmişdir. Əlavə olaraq, avtomobilin pnevmatik asqı və əvəzlənə bilən batareyalr dəsti ilə təchiz edildiyi söylənilir.
Şirkət nümyandələri elektromobilin bu növ avtomobillərin bütün imkanlarını nümayiş etdirən seriya krossoverinin carçısı olduğunu bildirmişdirlər.