Rolls-Royce şirkəti yeddinci nəsil Phantom modelinin istehsalına son vermişdir. Fərdi kolleksiyaçının sifarişi ilə yığılmış sonuncu Phantom modeli istehsalçının Qudvuddakı zavodunda istehsal edilmişdir.
Yeddinci nəsil Rolls-Royce Phantom modelinin son nüsxəsini uzun bazalı modelin əsasında hazırlanmış və dəniz mövzusuna həsr etmişdirlər. Bunu başlıca göstəricisi, dəbdəbəli avtomobilin ön panelində olan, marketri texnoligiyasında istifadə etməklə hazırlanmış gəmi təsviri olan agacdan mozaika və 24 vaxt zonalarında olan zamanı göstərən xüsusi qeydləri olan saatdır.
Sonuncu Phantom həmçinin qoyun yunundan hazırlanmış xalılar, gümüşdən hazırlanmış «Vəcdin ruhu» heykəlçiyi və ağ haşiyəli təkərlər ilə təchiz edilmişdir. Xatırladaq ki, yeddinci nəsil Rolls-Royce Phantom modeli 2003-cü ildə təqdim edilmişdi. Model unikal platformada yığılmış, onun kuzov elementlərinin əksər hissəsi alüminiumdan hazırlanmışdı.

Modifikasiyasından asılı olmayaraq Phantom 6,75-litrlik V12 mühərriki ilə təchiz edilirdi. Bu mühərrik 460 at qüvvəsi və 720 Nm fırlanma anı təklif edirdi. 2012-ci ildə Phantom modeli restaylinqə də məruz qalmışdı. Yeni nəsil Phantom modeli gələn il debüt etməlidir.
Modelin əsasını yeni alüminiumdan hazırlanmış platforma təşkil edəcəkdir ki, sonradan bu platforma markanın ilk ofroderi olan Cullinan üçün də istifadə ediləcəkdir. Rolls-Royce nümayəndələri yeni Phantom modelinin «dünyanın ən yaxşı avtomobili» olacağını bildirmişdirlər.