Bugatti hiperkarı bir çoxları üçün əlçatmaz xəyaldan ibarətdir. Lakin,avtomobil sənayesində incəsənət əsəri sayılan Chiron hiperkarını əldə etmək imkanları olan da kifayət qədərdir. Amma, Menni Xoşbin bu şəxslərin arasında ən “bərkgedənidir desək yanılmarıq. Artıq xəbər verdiyimiz kimi, bir müddət bundan öncə Xoşbin Bugatti şirkətinin Hermes moda evi ilə birlikdə hazırladığı yeganə nüsxədə buraxılmış Bugatti Chiron by Hermès hiperkarına sahib olub.
Xoşbin əldə etdiyi nadir superkarı nümayiş etdirərək, avtomobillə birlikdə bonus olaraq aldığı aksessuarları da nümayiş etdirib. Buyurun, seyr edin.