Fərdi sifarişlər əsasında xüsusi avtomobillər hazırlamaq üçün yaradılmış Ferrari Special Projects bölməsi növbəti əsərini nümayiş etdirib. Üstəlik, bu dəfə köhnə modellərə və tarixi paralellərə istinad edilməyib. Sadəcə olaraq, şirkətin daimi müştərilərindən biri heç zaman bəzəri olmayacaq unikal avtomobili sifariş edib.
Yeganə nüsxədə inşa edilmiş superkarın əsası olaraq ortamühərrikli superkar Ferrari F8 Tributo modeli götürülüb. Ferrari SP48 Unica ilə F8 Tributo arasındakı əsas əsas fərq orijinal kuzovdan ibarətdir. İtalyan istehsalçsının baş dizayneri Flavio Manzoninin rəhbərlik etdiyi Dizayn mərkəzi superkarın görünüşü üzərində işləyib. Dizaynerlər sifarişçinin bütün istəklərini nəzərə alaraq, seçilən və relyefli elementlərinin sayını azaldaraq görünüşü "monolit" etməyə müvəffəq olublar.
Bütün xarici panellər, profili dəyişdirilmiş dam da daxil olmaqla sıfırdan dizayn edilib və hazırlanıblar. Qapılardakı şüşələr kiçildilib, onların arxasındakı əlavə üçbucaqlı pəncərələr tamamilə aradan götürülüblər. Şəffaf mühərrik qapağının yerinə sərt panel quraşdırılıb, odur ki, artıq arxa pəncərə yoxdur. Bütün işıq texnikasıı orijinaldır, dəyirmi firma işıqlarının əvəzinə arxa tərəfdə nazik lED zolaqlar quraşdırılıb.
Hava qəbulediciləri sistemi tamamilə yenidən işlənib, mühərrikin qarşısındakı və üstündəki barmaqlıqlar bütöv hissələrdən hazırlanıb və hər bir dəliyin forması hava axınının ən səmərəli keçməsi üçün nəzərdə tutulub. Bu barmaqlıqlar qara boya ilə işlənməsinə baxmayaraq, damdakı rəsmlə ahəng təşkil edirlər. Qapı pəncərələrinin arxasında əlavə hava girişləri peyda olub: onların vasitəsilə hava interkulerlərə daxil olur. Bütün aerodinamikanı yenidən hesablamaq gərək olub, üstəlik, hava axınının sabitliyinə müsbət təsir göstərməli olan arxa çıxıntı artırılıb.
Salon demək olar ki, standart olaraq qalıb, yalnız tərtibat və dekor dəyişdirilib. Oturacaqlar kuzov rəngində parça əlavələri olan alkantara ilə üzləniblər. Texnikaya da toxunulmayıb: Ferrari SP 48 Unica modeli 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 3,9-litrlik V8 biturbo mühərriki və yeddi pilləli preselektiv “robot” ilə təchiz edilir. Arxaçəkişli F8 Tributo modeli 100 km/saat həddinə 2,9 saniyəyə 200 km/saat həddinə isə 7,8 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 340 km/saatdır.
Unikal kupenin qiyməti açıqlanmır. Bir qayda olaraq, belə layihələrin yekun məbləğ bir neçə milyon avro təşkil edir - şirkət təkcə avtomobilin yeganə nüsxədə inşa edilməsi ilə yanaşı, dizayn və mühəndislik işlərinin dəyərini də müştəridən almalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.