Audi şirkəti yeni RS 3 ailəsinin eksteryer və interyerini uzun müddət gizli saxlaya bilməyib - “bərkgedən” hetçbek və sedanın alman markasının mətbuat xidməti tərəfindən çəkilmiş şəkilləri sosial şəbəkələrə sızdırılıb. RS 3 modellərinin texniki hissəsi barədə məlumatı Audi şirkətinin özünün açıqladığını nəzərə alsaq, “bərkgedən” modellərin rəsmi təqdimatının formallığa çevrilmə riski var.

Hazırda məlum olmayanlar yalnız yeni RS ailəsinin satışa çıxarılma vaxtı, qiymətləri və bəzi xüsusiyyətləridir. Audi RS 3 ailəsinin ilk kütləvi nümayişi sentyabr ayında Münhendə işinə başlayacaq beynəlxalq IAA avtosalonunda keçirilməlidir.

İyun ayında Audi şirkəti yeni RS 3 modellərinin yüngül kamuflyajı olan prototiplərini nümayş etdirmişdi. Əlavə olaraq, alman stehsalçısı yeni Audi RS 3 modellərinin iki fərdi çoxdiskli mufta paketi olan tam ötürmə sistemini alacağını, habelə bu sistemin drift rejiminə sahib olacağını bildirmişdi.

Audi RS 3 nodellərinin daha bir maraqlı cəhəti damalı bayraq naxışı olan gündüz hərəkət işıqlarıdır - belə dizayn həllinin tətbiq ediləcəyi bir il bundan öncə məlum idi. İndi bu fakt təsdiqni tapıb.

Digər bir maraqlı detal parlaq qara haşiyəli geniş radiator barmaqlığıdır. RS 3 və S3 arasındakı fərqlər demək olar ki bəllidir: top versiyalar buraxılış ssteminin oval formalı iri çıxış boruları, genişləndırılmiş hava girişləri olan ön bamperi, fərqli diffuzoru və orijinal diskləri ilə seçilir.

Audi RS 3 ailəsinin salonunda güclü yan dəstəyi olan idman oturacaqlarını, fərqli tərtibat materiallarını, cihazlar panelinin xüsusi qrafikasını və alkantara ilə üzlənmiş çoxfunksiyalı sükan çarxını görə bilərik.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məlumdur ki, Audi RS 3 modellərinin kapotunun altında 400 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,5-litrlik beşsilindrli turbomühərrik yerləşir. Güc aqreqatı alternativsiz olaraq 7-pilləli S tronic “robotu” ilə təchiz ediləcəkdir.

Çox güman ki, Audi RS 3 ailəsinin təqdimatı planlaşdırıldığı vaxtdan əvvəl baş tutacaqdır. lakin modellərin satışa çıxarılması qrafikinin dəyişdiriləcəyi ehtimalı çox azdır. Yeni Audi RS 3 modellərinin Avropadakı satışlarına payızda başlanacağı gözlənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.