Sabah Acura markası yeni nəsil TIX sedanını təqdim etməlidir. Bu gün yapon premium markası yeni modelin növbəıti tizerini dərc edərək, onun şassisi barədə məlumat verib. TLX sedanı Acura markası üçün xüsusi olaraq hazırlanmış platformada inşa edilmişdir.
Acura TLX modeli ikiqat köndələn qolları olan ön asqıya sahib olub. Şirkətdən bildirildiyinə görə, Acura TLX modeli ən sürətli, yaxşı idarə olunan və ən zəngin təchizata malik olan idman sedanı olacaqdır.
Bu Gün McPherson dayaqları daha çox populyardır - belə konstruksiya daha ucuz və sadədir. Lakin ikiqat köndələn qolları olan asqı tənzimləmələri dəqiq həyata keçirməyə imkan verir. Ümumilikdə, məhsuldarlığa köklənmiş nəqliyyat vasitələrində ikiqat qolları olan asqının quraşdırılması daha məqsədəuyğundur. Belə asqı ilə əvvəllər Legend (1986-1995), Integra (1990-2201) və TL (1996-2014) modelləri də təchiz edilirdilər.
Eyni zamanda, Acura şirkətindən TLX sedanının yeni 3,0-litrlik V6 turbomühərriki və SH-AWD tam ötürmə sistemi ilə təchiz edilmiş TLX Type S versiyasında buraxılacağını da bildiriblər.Yeni “bərkgedən” sedan 2007-2008-ci illərdə istehsal olunmuş Acura TL Type S modelinin birbaşa varisi olmalıdır.