Bir neçə gün bundan əvvəl Audi şirkəti gələcək A5 universalının ilk tizerini dərc edərək onun debüt tarixini açıqlayıb. Yeni universal bu gün debüt edəcək. Burada heç bir yanılışlıq yoxdur, artıq universal sedan ilə birlikdə beşinci seriyaya keçəcək, A4 indeksi isə bənzər ölmülərə malik olan elektromobil ailəsinə veriləcək.

Yəni, faktiki olaraq bu gün bizə benzin mühərrikli Audi A4 modelinin varisini göstərəcəklər. Bundan başqa, cari ayın sonunda Audi A6 e-tron elektrokarı, payızda isə, daxili yanma mühərriki olan yeni Audi Q5 krossoveri nümayiş etdirilməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.