Audi markasının pərəstişkarlarının və ümumiyyətlə A8 sedanını maraqla izləyən rəqiblərin gözlədiyi yeganə tarix 11 iyul 2017-ci il tarixidir. Həmin gün alman istehsalçısı Barselonada yeni nəsil bayraqdar sedanın təqdimatını keçiriləcəkdir.
Yeni bayraqdar modelinin prototipi dəfələrlə cəzuzların obyektivlərinə tuş gəlsə də, hələlik növbəti nəsil A8 sedanı barədə məlumat tam deyildir. Audi şirkəti yeni bayraqdarın təqdimatının gecikməsinin başlıca səbəbi kimi, A8 sedanında tətbiq ediləcək üçüncü nəsil avtonom idarəetmə sisteminin hazırlıq prosesinin başa çatmamasını göstərmişdi. Artıq məlum olduğu kimi, yeni nəsil avtonom idarəetmə sistemi sedanın sərbəst şəkildə sürətlənməsi və yavaşlamasını, həmçinin manevrlər etməsini təmin edəcəkdir. Sürücü isə, bu prosesə nəzarət etməkdən azad olacaqdır.
Xatırladaq ki, avtopilot sisteminə malik olan Tesla modellərində sürücü daima avtopilotun işinə nəzarəti həyata keçirməyə borcludur. Bununla belə, ilk zamanlarda Audi A8 sedanında bu texnologiyaların tətbiqi sual altında olacaqdır.
Bu sistemin tam tətbiqi üçün alman istehsalçısı mövcud qanunvericiliyə və qaydalarda müvafiq dəyişikliklərin edilməsinə çalışmalıdır.
Özü də bu proses təkcə alman qanunvericiliyinə deyil, 1968-ci ildə qəbul edilmiş yol hərəkəti haqqında Vyana konvensiyasına və bir çox ölkələrin də qanunvericiliyində dəyişikliklərin edilməsini tələb edir. Yalnız qanunvericiliyə müvafiq dəyişikliklər edildikdən sonra üçüncü nəsil avtopilotun istismarı mümkün olacaqdır. Rəqiblərə gəldikdə isə, hal-hazırda yenilənmiş Mercedes-Benz S-Class modeli «çox-çox mühəkkəb olan» ikinci nəsil avtonom idarəetmə sistemi ilə qürrələnə bilər.
BMW şirkətinə gəldikdə isə, Bavariya təmsilçisi üçüncü nəsil avtonom idarəetmə sistemini yalnız 2021-ci ildə təqdim etməyi planlaşdırır.