Bir neçə gün bundan əvvəl Audi şirkəti yeni nəsil Q5 krossoverinin ilk tizerini yayınlamışdı. Bu tizerdə yeni krossoverin arxa fənərinin götüntüsü əks etdirilmişdir. Təsvirdən də göründüyü kimi, növbəti nəsil Audi Q5 modelinin işıq texnikasının hazırlanmasında OLED texnologiyasından geniş istifadə ediləcəkdir.

Bu gün isə, alman şirkəti yeni krossoverin on işıq texnikasının fotoşəkillərini və baqaj bölümünün artmıştutmunu əks etdirən videoçarxı yayınlanmışdır. Yeni təsvirlərdən də göründüyü kimi ön fənərlər tamamilə işıqdiodlarından hazırlanmışdır və özünəməxsus gündüz işıqlarının formasına malikdir. Eyni zamanda, avtomobilin radiator barmaqlığının Q7 bayraqdarının dizayn üslubunda hazırlandığını da müşahidə etmək olar.

lkin məlumata əsasən, yeni crossover MLB Evo modul platformasında istehsal ediləcəkdir. 

Xatırlatmaq istərdik ki, bu platformadan artıq A4 ailəsinin, A5 və A5 Sportback modellərinin, həmçinin Q7 krossoverinin istehsalında istifadə edilir. Söylənilənlərə görə, Audi Q5 sələfinə nisbətən 80-100 kiloqram arasında az çəkiyə malik olacaqdır. 

Yeni krossoverin mühərrik çeşidinə A4 ailəsi üçün təklif edilən benzin və dizel mühərrikləri daxil ediləcəkdir. Bundan əlavə, krossoverin hybrid güc aqreqatı ilə də təchiz ediləcəyi söylənilənlər arasındadır. Bundan başqa, krossoverin “bərkgedən” varinatı olan SQ5 modifikasiyası elektrikötürücülü kompressoru olan dizel mühərrikinə sahib olacağı ehtimal olunur. 

Yeni nəsil Audi Q5 modelinin kütləvi təqdimat mərasimi bu günlərdə qapılarını avtomobil həvəskarlarının üzünə açacaq Paris avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt