Audi şirkəti yeni RS 3 modelinin Nürbuqrinqin ən yeyin yığcam avtomobilinin olduğunu elan edib: “bərkgedən” sedan 20.8 kilometrlik treki 7 dəqiqə 40.748 saniyəyə qət edərək, Renault Megane RS Trophy-R modelinin qeydə aldığı zamanı 4.64 saniyə yaxşılaşdırıb.

 Audi RS 3 supersedanının kapotunun altında 394 at qüvvəsi hasil edən 2,5-litrlik beşsilindrli tubomühərrik yerləşir. Avtomobil opsional Pirelli P Zero Trofeo R yarıslikləri ilə təchiz edilmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rekord cəhdi bu ilin iyun ayında, Audi RS 3 modelinin rəsmi təqdimatından əvvəl həyata keçirilib. Buna görə də, avtomobil kamuflyaj örtüyündə olub.

Əlbəttə ki, dəyişikliklərsiz də ötüşməyib: Pirelli P Zero Trofeo R yarısliklər ilə yanaşı, sedanı təhlükəsizlik karkası (rekord cəhdləri zamanı mütləq quraşdırılmalıdır) və ön idman oturacaqları, habelə müxtəlif sensorlar, GPS sistemi, dövrəni keçmə zamanını və parametrləri yazan kameralar ilə təchiz ediblər. RS 3 modelini Audi Sport pilotu Frenk Stippler idarə edib.

Sedan, 394 at qüvvəsi hasil edən 2,5-litrlik beşsilindrli TFSI mühərriki ilə təchiz edilir. Güc qurğusu yeddi pilləli "robot" və dartma vektorunun idarəolunması funksiyasına malik olan quattro tam ötürmə sistemi ilə birlikdə çalışır. Audi RS3 modeli 100 km/saat həddini 3,8 saniyəyə toplayır. Modelin maksimal sürəti, tənizmləmələrdən asılı olaraq, 250 və ya 290 km/saat həddində məhdudlaşdırıla bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.