Bentley şirkəti özünün beşinci modeli haqqında yeni təfərrüatları açıqlayıb. Hələlik yalnız yeni modelin interyeri barədə təfərrüatlar dərc edilib. “Yeni rahatlıq səviyyəsinə” malik olan model mayın 10-da debüt edəcək və ilkin məlumatlara görə, Bentayga krossoverinin uzun təkər bazalı versiyası olacaqdır.
Bentley şirkəti fərdiləşdirmə imkanlarını misli görünməmiş miqyasda genişləndirəcəkdir - sifarişçilərə 24 milyard (!) salon tərtibatı variantı təklif ediləcəkdir. Bu variantların hər biri unikaldır və interyerləri həmişə olduğu kimi Kryudakı zavodda əllə yığacaqlar.
Opsiyalar siyahısına Airline Seat oturacaqları daxil olacaqdır - Bentley şirkətindən bildirildiyinə görə, onlar “avtomobildə quraşdırılmış ən qabaqcıl oturacaqlardır”. Airline Seat 22 təənzimləmə üsuluna, altı zonada 177 təzyiq səviyyəsi ilə bədən mövqeyini tənzimləməsi texnologiyasına, habelə dünyanın ilk iqlimin avtomatik müəyyən edilməsi sisteminə malikdir.
Bundan əlavə, yeniliyin interyeri dəri örtüklü qapı kartlarındakı Diamond Illumination işıqlandırması ilə bəzədiləcəkdir. Qapıların hər birində işıq diodları (qabaq qapılarda 12, arxada 22) quraşdırılıb, onlar perforasiya edilmiş romblardakı millimetrlik dəlikləri vasitəsilə işıq saçır.
Bentayga krossoverinin uzunbazalı versiyasının mayın 10-da işıq üzü görəcəy gözlənilir. Əvvəllər belə versiya üzərində çalışmaların aparıldığı Bentley şirkətinin baş direktoru Ədrian Hallmark tərəfindən təsdiqlənmişdi. Üstəlik, aparılan tizer kampaniyasında uzun təkər bazasına bir neçə işarə var - məsələn, “long-awaited” ifadəsi (“çoxdan gözlənilən”, lakin “long” sözü “uzun” kimi də tərcümə olunur).
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.