2014-cü ildə təqdim edilmiş 2 Series Active Tourer kompaktvenləri ön ötürmə ilə təchiz edilmiş ilk BMW avtomobilləri olublar. Kompaktvenlərin həyat dövrünü sona çatır və onların əldə etdiyi cüzi satış rəqəmlərinə baxmayaraq, alman istehsalçısı onların növbəti nəslini hazırlamaq qərarına gəlib.
Yeni modellərin prototipləri artıq ümumi istifadə yollarında sınaqlardan keçirilir və casusların obyektivlərinə dəstə halında rast gəlməyə belə imkan tapıblar.
Yeni avtomobillərin dizaynı barədə mülahizə yeritmək hələlik mümkün deyil. Böyük ehtimalla, yeni Active Tourer modelləri hazırki nisbətlərini qoruyub-saxlayacaqdırlar. Bununla belə, kuzovun ön hissəsi bir qədər uzun olacaq, avtomobilin profili isə formasını dəyişəcəkdir.
Modelin interyeri tamamilə yenidən işlənəcəkdir. Cihazlar panelinin yerini multimedia sisteminin ekranı ilə vizual olaraq birləşdirilmiş genişformatlı displey tutacaqdır. Fiziki düymələrin olmaması, işlərin davam etdiyindən xəbər verir. İstənilən halda, audiosistemin və klimat-kontrolun idarə edilməsi multimedia sisteminin sensorlu displeyi vasitəsi ilə həyata keçiriləcəkdir.
Yeni modellərin mühərrik çeşidi və debüt tarixi barədə rəsmi məlumat verilməyib. Çox güman ki, yeni nəsil BMW 2 Series Active Tourer modellərinin mühərrik çeşidinə benzin və dizel mühərrikləri, həmçinin hibrid güc qurğuları daxil ediləcəkdirlər.
Yeni kompaktvenin debütünü bu ilin sonuna qədər keçirmək nəzərdə tutulurdu. Lakin, pandemiya ucbatından təqdimat 2021-ci ilin əvvəlində baş tuta bilər.