Germancarforum saytının sərəncamına yeni nəsil BMW 3 Series universalının şəkilləri daxil olub. Şəkillərdən də göründüyü kimi BMW 3 Series Touring modelinin dizaynı tamamilə sedan kuzovlu variantın dizaynını təkrarlayır.
Yeni universalı sələfindən fəqrləndirən cəhətlərdən biri də pəncərə xəttidir. Yeni modeldə bu xətt yüngül şəkildə arxa dayağa doğru yüksəlir. Xatırladaq ki, əvvəlki modeldə bu xətt kuzov boyu rəvan şəkildə uzanırdı. Bundan başqa, arxa tərəfdə kiçik spoyler də quraşdırlıb. Yeni avtomobil barədə ətraflı məlumat verilməyib. Böyük ehtimalla, universal və sedan eyni texniki hissəyə malik olacaqdırlar.