BMW Concept 4 kupesinin keçən ilin payızındakı təqdimatı qızğın müzakirələrə səbəb olub. Bu günə qədər avtomobil aləmini düşündürən yeganə sual belə olub: görəsən BMW 4 Series modelinin seriya versiyasında eyni nəhəng «burunları» görəcəyikmi?».
Bu suala cavab tapmaq istəyən fotocasuslar ictimai yollarda sınaqdan keçirilən kamuflyajlı prototiplərin «ovuna» çıxaraq, gələcək modellərin dizaynına aydınlıq gətirməyə çalışıblar. Nəhayət, onlara yeni barmaqlığı kamuflyasız çəkmək qismət olub: yeni avtomobilin «burun dəlikləri» həqiqətən də, kapotdan başlayaraq, demək olar ki, bamperin alt kənarına qədər uzanır. Yeni dizayndan tamamilə həzz almaq, ABŞ-ıı ön nömrənin quraşdırılınmasın məcburi olmadığı bəzi ştatlarında mümkün olacaqdır.
Dərc edilmiş şəkillərə baxsaq, nazik LED fənərlərin və ön bamperin formasının seriya öncəsi avtomobilə, praktiki olaraq, dəyişdirilmədən köçürüldüyünü gömək olar. Arxa tərəfdə isə, cari 4 Series modelinin cizgilərinə toxunulmayıb: yeganə istisna bir az da nazikləşmiş və nömrə yerinə qədər uzanmış arxa fənərlərdir . Kamuflyajsız avtomobilləri yəqin ki yaxın zamanlarda görəcəyik: əgər hər şey plana uyğun gedirsə, dördüncü seriyadan olan yeni BMW ailəsinin rəsmi təqdimatı altı ay ərzində baş tutmalıdır. Yeni modelin satışları 2020-ci ilin sonuna qədər başlamalıdır.