BMW şirkəti rəsmi olaraq 5-Series sedanının yeni nəslini təqdim etmişdir. Yeni model sələfinə nisbətən 36 millimetr daha uzun, 6 millimetr daha enli və 2 millimter daha hündürdür. Avtomobilin təkər bazası da genişlənmişdir - yeni 5-Series 7 millimetr daha uzun bazaya malikdir.

Beləliklə, rəsmi rəqəmlər avtomobilin qabarit uzunluğunun 4935 millimetrə, eninin - 1868 millimetrə, hündürlüyünün isə 1466 millimetrə bərabər olduğunu bildirir. Bavariya istehsalçısı yeni BMW 5-Series modelinin təkər bazasının uzunluğunun 2975 millimetr olduğunu bəyan etmişdir. Yeni model həmçinin, standart olaraq işıqdiodlarından hazırlanmış işıq texnikasını, jestlər vasitəsi ilə idarə olunan multimedia sistemini, mühərrik və sürətlər qutusunun «akustik kapsulunu», yeni beşqollu arxa asqını və uzaqdan idarə edilən avtomatik parketmə sistemini əldə etmişdir. Sonuncu sistem sürücünün avtomobildə olmasına ehtiyac duymur.

BMW 5-Series modelinin yeni nəslinin konstruksiyasında alüminium, maqnezium və yüngülləşdirilmiş polladdan geniş istifadə edilmişdir ki, bu da modelin çəkisini 100 kiloqram azaltmağa imkan yaratmışdır. Eyni zamanda kuzovun möhkəmliyi və burulma sərtliyi yüksəldilmişdir.

Avtomobilin aerodinamik müqavimət əmsalı 10 faiz azaldılmışdır. Bu rəqəm 0,22 bərabərdir ki, BMW rəsmilərinin sözlərinə görə, 5-Series bu seqmentdə olan sedanlar arasında ən yaxşı göstəriciyə malikdir.  

Asqi sistemində cütlənmiş köndələn qollarının kinematikası dəyişdirilmiş, arxa beşqollu asqı isə daha yüngül və sərt olmuşdur. Qeyd etmək lazımdır ki, yeni sedanda elektromexaniki mexanizmli köndələn sabitlik stabilizatorları ilə təchiz edilmiş yana əyilmələrin qarşısını alan təkmilləşdirilmiş aktiv sistem debüt edəcəkdir. Öncəki 5-Series modelindən fərqli olaraq stabilizatorlar hidravlika ilə deyil, döndərməli elektrik mühərrikləri ilə idarə edilir.

İlkin olaraq yeni BMW 5-Series yeni modul xəttindən olan dörd güc aqreqatı ilə təchiz ediləcəkdir. Bunlar 252 at qüvvəli 2,0-ıitrlik (530i) dörd silindirli və 340 at qüvvəli 3,0-litrlik (540i) altı silindirli benzin mühərrikləri, həmçinin, 190 at qüvvəsi və 400 Nm fırlanma anı olan 2,0-litrlik (520d), 265 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik (530d) dizel mühərrikləridir. 2,0-litrlik dizel mühərriki istisna olmaqla, bütün mühərriklər səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışırlar.  BMW 520d modeli isə yalnız mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir. 

Əlbəttə ki, bu modellər içərisində ən sürətlisi tam çəkiş sisteminə malik olan 540i modifikasiyası olacaqdır - 100km/saat sürətinə belə sedan 4,8 saniyəyə sürətlənəcəkdir. Ən sadə BMW 520d modifikasiyası bu işə 7,7 saniyə sərf edəcəkdir.

Bu modifikasiyalardan hər biri xDrive tam çəkiş sistemi ilə təchiz edilə bilər. Bundan əlavə, yeni model tam idarələnən şassini və aktiv sükan idarələnməsini qoruyub saxlamışdır ki, onları da xDrive tam çəkiş sistemi ilə birlikdə sifariş etmək mümkün olacaqdır. Digər bir yenilik SYNTAK (Synergie-Thermoakustik-Kapsel) texnologiyasdır ki, bu texnologiya səs-küyü azaltmağa, istini qiruyub-saxlamağa və yanacağa qənaət etməyə yardım edir. Bu texnologiya adına nisbətən daha sadə xarakterə malikdir - sürətlər qutusu yüngül səs izolyasıyası materialı ilə «barama» halına salınmışdır.

Yeni BMW 5-Series Bavariya istehsalçısının bayraqdar modeli 7-Series sedanından tanış olan və jestlərlə idarə edilən multimedia sistemi ilə təchiz edilmişdir. Bundan başqa, 5-Series əvvəlkindən 70 faiz iri olan yeni proyeksiya displeyi, smartfonların naqilsiz doldirilması sistemi, havanı ionlaşdıran və təravətləndirən klimat-kontrolla, həmçinin, 10-kanallıq gücləndiricisi və 16 dinamiki olan 1400-vattlıq Bowers&Wilkins səs sistemi, massaj funksiyası olan oturacaqlarla,  sürət məhdudiyyəti nişanlarını tanıyan, avtomatik olaraq başqa zolağa keçən və 210 km/saat sürətinə qədər işləyən aktiv kruiz-kontrol ilə təchiz edilə bilər.

Artıq qeyd etdiyimiz kimi, yeni avtomobil sürücünün iştirakı olmadan park etmək qabiliyyətinə malikdir. Bundan başqa, avtomobilin sahibi səfər marşrutunu naviqasiya sisteminə smartfon və ya kompyüterdən göndərmək imkanı da əldə etmişdir.

Yeni 5-Series həmçinin, konsyerj-servisə, digər avtomobillərdən öndə olan vəziyyət barədə məlumat almaq və Microsoft Exgance poçtu ilə sinxronlaşdırma imkanına malik olacaqdır. Eyni zamanda, təqvimdə olan görüşə yollanmaq üçün gərək olan optimal vaxtı yol şəraitinə uyğun olaraq hesablayıb smartfona göndərilməsini təmin edən funksiya da 5-Series modelinin avadanlıq siyahısına daxil edilmişdir.

Yeni BMW 5-Series 2017-ci ilin fevralında Almaniyada satışa çıxarılacaqdır. Mart ayından başlayaraq sedanın elektrik ötürməsi ilə 45 kilometrlik yürüş edə bilən hibrid modifikasiyası və 462 at qüvvəli V8 ilə təchiz edilmiş «qaynar» 550i variantı təklif ediləcəkdir.

Yeni modelin Azərbaycandakı satışlarına eyni vaxtda start veriləcəkdir. "İmproteks Motors" şirkətindən verilən məlumata əsasən yeni BMW 5-Series modelinin satış (baza) qiymətləri belə olacaqdır: BMW 520d - 45704 Avro, BMW 530i - 48902 Avro, BMW 540i -57690 Avro. Ödənişlər manatla, satış gününün valyuta məzənnəsinə müvafiq olaraq, aparılacaqdır. Bütün avtomobillərə 3 il zəmanət verilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt