BMW M3 Touring layihəsinə yaşıl işıq yandırıldığı rəsmi olaraq təsdiqlənib. “Bərkgedən” universalın ilk prototipləri yaxın vaxtlarda Nürburqrinqdə sınaqlara çıxa bilər, ancaq M3 Touring modelinin yaxın gələcəkdə deüt etməsi gözlənilmir. Modelin yaradılmasına yenicə başlanıb.
M3 Touring üzərində işlərin başladığına dair peyda olan şayiələr istehsalçı tərəfindən təsdiq edilib. BMW şirkətinin verdiyi rəsmi açıqlamada,“M idman xüsusiyyətlərinin və gündəlik praktikliyin birləşməsini istəyələnlərin ümidləri nəhayət təmin ediləcəyi” bildirilib.
İstehsalçı təkcə “bərkgedən” universalını ilk tizerini yayımlamayıb, eyni zamanda model haqqında bəzi təfərrüatları açıqlayıb. Bavariyalılar M3 Touring modelini altısilindrli M TwinPower Turbo mühərriki ilə təchiz olunacağına söz veriblər.
Çox güman ki, söhbət M3 və M4 modellərinin kapotunun altında quraşdırılmış 3,0- litrlik mühərrikdən gedir. Güc qurğusu səkkiz pilləli “avtomat” və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilə bilər. Ötürmənin həm arxa ötürmə, həm də tam ötürmə olacağı gözlənilir.