Yeni nəsil BMW M3 və M4 modellərinin şəkilləri rəsmi təqdimat öncəsi İnternet şəbəkəsində peyda olublar. Hər iki avtomobil eyni üslubda hazırlanmış dizayna malikdirlər – onların ən əsas xüsusiyyətri 4 Series kupesindəki kimi iri “burunları” olan radiator barmaqlığı, havalandırma kəsikləri olan kapot və buraxılış sisteminin iri diffuzora inteqrasiya edilmiş dörd çıxış borusudur.
Şəkillərdəki M-modellərinin karbondan karkasları olan idman oturacaqları və rəngli supportları olan əyləc mexanizmləri ilə təchiz edildiyini də görmək olar. Eyni zamada, şəkildəki M3 sedanı, bu modelin rəsmi rəngi elan edilmiş Isle of Man Green malaxit metal rənginə boyanıb. Texniki cəhətdən avtomobillər bənzər olacaqdırlar: hər iki model 3.0-litrlik “biturboaltılıq”, mexaniki ötürmələr qutusu və ya 8-pilləli "avtomatik", arxa və ya tam ötürmə ilə təchiz ediləcəkdirlər.
Gözlənildiyi kimi, BMW M3 və M4 modelləri bir neçə modifikasiyada debüt edəcəkdirlər - "baza" sportkarları 6-pilləli mexaniki transmissiya və arxa ötürmə ilə təchiz ediləcəkdirlər. Opsional olaraq, habelə Competition modifikasiyası üçün 8-pilləli "avtomat" və tam ötürmə sistemi təklif ediləcəkdir.
Yeni M3 və M4 modellərinin BMW X3 M və X4 M krossoverlərindən tanış olan 3.0-litrlik altısilindrli turbomühərrik ilə təchiz ediləcəyi artıq təsdiqini tapıb. Standart versiyalarda mühərrik 480 at qüvvəsi və 600 Nm fırlanma anı, Competition versiyasında isə, 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edəcəkdir.
BMW şirkəti artıq yeni M3 və M4 ailəsinə ənənəvi sedan, kupe və kabriolet ilə yanaşı, universalı da daxil edəcəyini bildirib. Bununla birlikdə, M3 Touring modelinin debütünü yaxın zamanlarda gözləmək lazım deyil – model üzərində çalışmalara yenicə başlanıb.