BMW X3 40d xDrive krossoveri may ayında satışa çıxarılacaq və 48 voltluq startyor-generatoru ilə tandemdə çalışan 3,0-litrlik sıralı altısilindrli mühərrikə malik olacaq. Mühərrik 303 at qüvvəsi və 670 Nm fırlanma anı hasil edir. Yeri gəlmişkən, əvvəlki G01 kuzovunda olan X3 M40d dizel krossoveri daha güclü idi - 340 at qüvvəsi və 700 Nm.
Odur ki, yeni X3 40d xDrive modeli 100 km/saat həddinə əvvəlki 4,9 saniyə əvəzinə 5,4 saniyəyə sürətlənir. Maksimal süət həddi də azalıb – 245 km/saat (əvvəllər – 260 km/saat). Almaniyada BMW X3 modelinin satış qiyməti 59 400 avrodan başlayır, X3 40d xDrive üçün isə,70 min avro ödəmək gərəkdir.
Alpina XD3 krossoveri o zamanlar da zavod versiyaları üçün əlçatmaz idi və indi də belədir. Buxloedə B57 mühərrikindən 394 at qüvvəsi və 800 Nm fırlanma anı əldə edirdilər ki, bu da ilk “yüzlüyə” sürətlənmə vaxtını 4,6 saniyəyə endirib.
Təəssüf ki, yeni X3 modelinə əsaslanan Alpina çox güman ki, inşa edilməyəcək - ən azından əvvəllər olduğu formada. Alpina brendinin ən son müstəqil modeli B8 GT sedanıdır: artıq Alpina zavod atelyesinə çevriləcək və tamamilə BMW Group qrupunun tabeliyinə keçəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.