Toyota şirkəti ən populyar avtomobillərindən biri olan Camry modelinin yeni nəslinin sınaqlarına başlamışdır. Güclü kamuflyaja bürünmüş prototipin şəkilləri Motor1 saytı tərəfindən dərc edilmişdir. Təsvirlərdən də göründüyü kimi, yeni avtomobil daha aqressiv dizayna malik olacaqdır.

Öndən baxdıqda kamuflyajın iri radiator barmaqlığını və nazik formalı ön fənərləri gizlətdiyini görmək olar. Arxa hissədə də nazik formalı arxa fənərləri, kiçik spoyleri və  buraxılış sisteminin iki ədəd cütlənmiş borularını görmək olar. Çox güman ki, bu prototip Camry sedanının “qaynar” variantıdır. Qara rəngli təkər disklərinin və kiçik klirensin olması qarşımızda yüksək məhsuldarlıqlı modelin olduğuna dəlalət edir.

Hazırda yeni Camry modelinin hansı təchizat səviyyəsinə malik olacağını söyləmək çətindir. Hətta güclü mühərrik olmadan belə, idman tərtibatı böyük maraq doğura bilər. Böyük ehtimalla yeni avtomobil standart olaraq Atkinson dövrü ilə işləyən 2,5-litrlik dörd silindrli mühərriklə təchiz ediləcəkdir. Bundan baqşa, 2,0-litrlik turbomühərrik və hybrid güc aqreqatı ilə hərəkətə gələn modifikasiyaların da təklif olunacağı istisna edilmir.

Yeganə aydın olmayan isə, yeni avtomobilin mühərrik çeşidinə 3,5-litrlik V6 mühərrikinin daxil edilməsi məsələsidir. 2018-ci ilin Toyota Camry modeli gələn il Detroytda keçiriləcək avtosalonda təqdim edilməlidir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt