Yeni nəsil Chevrolet Corvette modelinin açıq versiyasının təqdimatı məşhur Kennedi adına Kosmik mərkəzin Rocket Garden meydançasında keçiriləcəkdir. Təqdimatı şirkətin rəhbərlərindən birinin aparacağı söylənilir. Çox güman ki, bu Məri Barra olacaqdır. Xüsusi qonaq qismində isə, məşhur astronavtlardan birinin iştirak edəcəyi gözlənilir.
Yeni Corvette rodsteri ilə tanış olmaq üçün, mərkəzi ziyarət etmək hüququ verən adi bileti satın almaq kifayətdir. Biletin dəyəri 3-11 yaşına qədər şəxslər üçün 47 dollar, 12 yaşdan yuxarı şəxslər üçün isə, 57 dollardır.
Avtomobil təqdimat məkanının Kennedi adına mərkəzin seçilməsi təsadüfi deyil – bu, Corvette modellərinin astronavtlar tərəfindən sevildiyinə işarədir. Hər şey 1961-ci ilin 5 may tarixində ilk dəfə kosmosa uçan ilk amerikalı olan Alan Şepardın, Yer kürəsinə qayıtdıqdan sonra, Chevrolet Corvette modelinin sükanı arxasına oturması ilə başlayıb. O zamandan amerika kosmonavtikasının tarixi sıx şəkildə idman avtomobilləri ilə bağlı olub.
Yeni rodsterin satışlarına 2020-ci ildə başlanmalıdır.