Yeni Corvette Z06 sportkarına həsr olunmuş tizer kampaniyası davam edir. Bu gün Chevrolet şirkəti yeni sportkarın kamuflyajsız təsvir olunduğu ilk şəklini dərc edib. “Bərkgedən” versiya adi sportkardan başqa barmaqlığı, splitteri və hava girişləri olan yenidən işlənmiş ön tərəfi, unikal təkər diskləri, kandar örtmələri və yan hava girişi ilə fərqlənir.

Ən maraqlısı odur ki, şəkildəki Corvette Z06 modeli, kamuflyajlı prototiplərdə quraşdırılan arxa antiqanaddan məhrum edilib. Çox güman ki, arxa antiqanad opsional avadanlıq siyahısına daxil edilib.

Avqust ayının sonunda “mülki” sportkarı və Corvette C8.R yarış avtomobilini nümayiş etdirən Chevrolet şirkəti Z06 indeksli sportkarın 26 oktyabr tarixində debüt edəcəyini bildirmişdi. Böyük ehtimalla, “bərkgedən” kupe yarış avtomobilinin 5,5-litrlik V8 mühərrikini alacaqdır. Bu mühərrikin hasilatı 650 at qüvvəsi və 813 Nm olmalıdır.

Müqayisə üçün, standart kupenin təchiz edildiyi 6,2-litrlik V8 mühərriki 502 at qüvvəsi və 637 Nm fırlanma anına malikdir. Əvvəlki nəsil Corvette Z06 modeli 659 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edilən 6,2-litrlik V8 mühərriki ilə təchiz olunurdu.

Dəyişdirilimiş aerodinamik dayaq və başqa mühərrik ilə yanaşı, yeni Corvette Z06 modeli yenidən tənzimlənmiş asqını alacaqdır. Bundan başqa, kupenin çəkisinin azaldılması yolunda da tədbirlərin görüləcəyini gözləmək olar.

Chevrolet yeni Corvette Z06 modelini 2023-cü il model ilinin avtomobili kimi mövqeləndirir. Bu, yeni “bərkgedən” kupenin 2022-ci ildə debüt edəcəyindən xəbər verir.

Bundan sonra Corvette ailəsinin genişlənəcəyi gözlənilir: Corvette Grand Sport (500-600 at qüvvəsi) və Corvette ZR1 (850 at qüvvəsi) modifikasiyalarının çeşidə qaytarılacağı, zirvədə isə, rus mühəndisi Zaxariy Arkus-Duntova həsr edilmiş 1000 at qüvvəli Corvette Zora hibridinin yerləşəcəyi gözlənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.