Citroen şirkəti yenilənmiş C3 Aircross modelini təqdim edib. 2017-ci ildən bəri satılan modelin eksteryer və interyerində əhəmiyyətli dəyişikliklər baş verib. Fransız markası əsas diqqəti cəlbedici dizayna, geniş fərdiləşdirme variantlarına və B sinifi üçün xarakterik olmayan zəngin avadanlıq siyahısına yönəldib.
Citroen şirkətinin dizaynerləri C3 Aircross modelinə "daha ifadəli" görünüş verməyə çalışıblar. Yenilənmiş krossover sələfindən, yeni C3 və C4 modellərinə olduğu kimi, LED fənərlərə doğru uzanan xrom şevronları və geometrik naxışları olan radiator barmaqlığı və rəngli əlavələri olan gümüşü-boz qoruyucu paneli ilə seçilir.
Ancaq yeni məhsulun əsas xüsusiyyəti müştərilərə təklif edilən 70 variantda eksteryer tərtibatıdır. Məsələn, yeddi gövdə rəngindən, müxtəlif dekoru olan dörd paketdən, xarici güzgülərin gövdələrindən və arxa dayaqlardakı rəngli barmaqlıqlardan, habelə dörd daxili tərtibat variantından seçim etmək olar.
Şirkət, xüsusilə, şevron şəklində hazırlanmış və bazarda analoqu olmayan yeni tikişlərlə qürur duyur. Yuxarıda göstərilənlərlə yanaşı, C3 Aircross üçün fərqli dizayna malik olan 16 və ya 17 düymlük təkər diskləri nəzərdə tutulub.
Salonun dəyişdirilməsi imkanı qalır: krossover, arxa oturacağın iki müstəqil hissəsinin 150 millimetr aralığında uzununa tənzimlənməsi ilə yanaşı, 2,4 metr uzunluğunda əşyaların daşınması üçün ön sərnişin oturacağının qatlanması funksiyası ilə təchiz edilir. Baqaj həcmi oturacaqların vəziyyətindən asılı olaraq 410 ilə 1289 litr arasında dəyişir.
Salondakı dəyişikliklər arasında rahatlığı artırılmış oturacaqlar, yeni multimediya sistemi olan modernləşdirilmiş mərkəzi konsol və əvvəlki 7-düymlük displeyi əvəzləmiş 9-düymlük sensorlu ekranı var. Avadanlıqların siyahısı əvvəlki kimi zəngindir: siyahıya proyeksiya ekranı, park köməkçisi, smartfonlar üçün simsiz doldurma, yol nişanlarının tanıması sistemi, avtomatik uzaq işıqlar və arxa görünüş kamerası daxildir.
Citroen C3 Aircross modeli əvvəlki kimi, yol şəraitinə uyğunlaraq ön təkərlərdəki dartma qüvvəsini tənzimləyən və yamacdan enərkən sabit sürəti təmin edən Grip Control sistemi ilə təklif olunur.
Avropada təklif edilən modelin mühərrik çeşidi dəyişməyib. Krossover, PureTech benzin mühərrikləri (110 və 130 at qüvvəsi) və BlueHDi dizel aqreqatları (110 və 120 at qüvvəsi) təchiz edilir. Transmissiyalar çeşidinə altı pilləli mexaniki transmissiya və ya altı pilləli “avtomat” daxildir. Yenilənmiş Citroen C3 Aircross modeli Avropadakı dilerlərin salonlarında 2021-ci ilin iyun ayında nümayiş etdiriləcəkdirlər.