Chery şirkətinin premium brendi Exeed VX krossoverinin hibrid versiyalarının istehsalına başlandığını elan edib və krossoverin görünüşünü təsdiqləyib. Modelin ön hissəsi dəyişməyib, arxa hissəsi isə, ciddi şəkildə yenidən işlənib: tərkibli T-formalı fənərlər əlavə edilib, bamper və baqaj qapağı dəyişdirilib. Hibrid yeni dizaynlı təkər disklərini alıb. Zamanla “ənənəvi” Exeed VX modelinin də eyni görünüşü alacağı gözlənilir.

C-DM güc aqreqatına malik olan Exeed VX iki elektrik mühərriki, 1,5-litrlik dördsilindrli turbomühərriki və 34,5 kilovat-saat tutumlu dartma batareyasından ibarət olan üçmühərrikli sistemi alacaq. Sistemin ümumi gücü 462 at qüvvəsinə çatacaq, elektrik dartması ilə yürüş ehtiyatı 143 kilometr (CLTC), ümumi yürüş məsafəsi isə, 1300 kilometr təşkil edəcək. Çindəki ölçmələrinə görə, yanacaq sərfiyyatı 100 kilometrə 1,5 litrdən çox olmayacaq.

Image alt Image alt Image alt Image alt Image alt

Hibrid artmış arxa kuzov çıxışı sayəsində orijinaldan dörd santimetr uzundur, onun boş çəkisi isə, 2,3 tondur. Krossover altı və yeddi yerlik salonla təklif ediləcək. Bununla belə, bütün xüsusiyyətlər təxminidir: Exeed brendinin mətbuat xidməti təfərrüatları açıqlamayıb. Bütün texniki məlumatlar, təchizat səviyyələri və qiymətlər mart ayında açıqlanmalıdır, lakin çox güman ki, C-DM versiyası 234 min yuana (32 min dollar) satılan benzin mühərrikli top versiyadan daha baha olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.