DS Automobiles şirkəti iki həftə əvvəl yeni elektrik modelinin peyda olacağını bəyan edib. Bununla belə, firənglər onun adını gizli saxlayırdılar. Avropa mətbuatı yeniliyin indeksinin 8 olacağını açıqlamışdı və bunun həqiqətə yaxın olduğu indi ortaya çıxıb. DS şirkəti elektromobilin DS N°8 adlanacağı rəsmən açıqlayıb. Bəli, məhz rəqəm simvolu ilə...

Bundan sonra bütün yeni DS modellərinin adlarında belə nömrə identifikatoru olacaq. Şirkətin marketoloqlarının bildirdiyinə görə, N° işarəsi premium avtomobillərin mənşəyini vurğulamalıdır, çünki ənənəvi olaraq fransız dilində saylar belə işarələnirlər. 

Üstəlik, avtomobilin üzərindəki N° simvolunun üst hissəsində romba bənzəyən işarə var. İndeksdəki 8 rəqəmi sonsuzluq işarəsi ilə oxşarlığına görə seçilib.

Bu günə qədər ondan şirkətin modellərinin işarələnməsi üçün istifadə olunmayıb və o, markanın yeni elektromobil gələcəyinə doğru götürdüyü istiqaməti simvollaşdırmalıdır. Nəhayət, DS N°8 həqiqətən də brendin Avropa bazarındakı səkkizinci modeli olacaq (nəsil dəyişiklikləri nəzərə alınmaqla).

Eyni zamanda, elektrik krossoverinin interyerinin ilk görüntüləri də nümayiş etdirilib. Fransız dizaynerlərin fikrincə, yeniliyin interyeri yaxta üslubundan ilham alınaraq yaradılıb. Ön panelin rəfində cihazlar paneli və media sistemin iki ayrı ekranı yerləşir.

Qeyri-adi dördqollu sükan çarxı da diqqəti cəlb edir. Qapılarda, vizual olaraq ön panelin davamı kimi görünən və zərif korpuslara malik olan dinamiklər quraşdırılıb. Əlbəttə ki, salonda qabaqcıl kontur işıqlandırması var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

DS N°8  krossoveri universal STLA Medium modul platformasına əsaslanacaq, yəni texniki baxımından Peugeot e-3008 və e-5008 modelləri ilə unifikasiya ediləcək. İki mühərrikli tam ötürmə vəd edilir, lakin tərtibatçıların əsas qürur mənbəyi 750 kilometrlik (WLTP dövrünə əsasən) yürüş ehtiyatıdır.

Digər təfərrüatlar dekabrda açıqlanacaq. DS N°8 modeli 2025-ci ilin yazında baza çıxmalıdır və çox güman ki, İtaliyanın Melfi şəhərindəki Fiat zavodunda istehsal olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.