Bu gün Dacia şirkəti yeni nəsil Duster modelinin ilk rəsmi fotoşəkillərini dərc edib. MDB məkanında populyar olan ofroderin yeni nəslinin kütləvi təqdimatı yaxın günlərdə işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. İstehsalçı yeni modelin alın şüşəsinin 100 millimetr önə çəkildiyini və onun işıqdiodlarından hazırlanmış optikaya sahib olacağını bildirib.
Eyni zamanda, krossover üçün 17-düymlük təkər disklərini də sifariş etmək mümkün olacaq. Avtomobil haqqında ətraflı məlumat 12 sentyabr tarixində veriləcəkdir.
Renault və Dacia markaları altında buraxılan ofroderin Avropa bazarındakı satışlarına gələn ilin əvvəlində start veriləcəyi ehtimal olunur. Əvvəl dırc edilmiş məlumatlarına əsasən, ofroderin ikinci nəsli modernləşdirilmiş B0 platformasında yığılacaqdır. Eni zamanda, avtomobilin Grand Duster adını alacaq yeddi yerlik variantıda təklif ediləcəkdir. Bu modifikasia adi krossoverdən 200 millimetr uzun olacaq və üçüncü cərgənin oturacaqlarının qatlanması halında 650 litrlik baqaj bölümünə malik olacaqdır. Satışlar başlanan anda yeni 5-yerlik ofroder bir neçə əlverişli güc aqreqatları ilə təklif ediləcəkdir.
İkinci nəsil Duster modelinin mühərrik çeşidinə 0.9 TCe və 1.2 TCe benzin mühərriklərinin, həmçinin 1.5 dCi və 1.6 dCi dizel güc aqreqatlarının daxil ediləcəyi söylənilir. Adı çəkilən mühərriklərin güc xarakteristikaları açıqlanmamışdır. Mühərriklər mexaniki və avtomatik ötürmələr qutuları ilə təchiz ediləcəkdirlər.